Gürcüstanın Baş naziri ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib
Tbilisi, 20 iyul, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, İrakli Qaribaşvili Qurban bayramının sevgi, dəstək, yardım və xeyirxahlıq bayramı olduğunu qeyd edib.
Gürcüstanın müsəlman icmasını cəmiyyətin ayrılmaz hissəsi adlandıran hökumət başçısı deyib: "Siz gündəlik əməyiniz və vətənə sadiqliyiniz ilə vətənimizin inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verirsiniz. Bayramınıza qoşularaq sizə və ailələrinizə firavanlıq, mənəvi rahatlıq və xoşbəxtlik arzu edirəm”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]