Gürcüstanın ətraf mühitin mühafizəsi naziri Marneulidə olmuşdur
Marneuli, 10 iyun (AZƏRTAC). Gürcüstanın ətraf mühitin mühafizəsi naziri Georgi Xaçidze azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda olmuşdur.
Nazir rayon rəhbərliyi və müvafiq strukturların nümayəndələri ilə Gürcüstanın müxtəlif bölgələrindən Marneuli rayonunun Yağlıca deyilən ərazisinə daşınıb saxlanılan vaxtı keçmiş pestisidlərin buradan çıxarılması məsələsini müzakirə etmişdir.
G.Xaçidze demişdir ki, pestisidin vaxtı çoxdan keçmişdir və o, ətraf mühiti çirkləndirir, əhalinin sağlamlığına mənfi təsir göstərir. Buna görə də qərara aldıq ki, pestisidi müvafiq emal üçün Avropa ölkələrinə göndərək. Hazırda Yağlıcada 230 ton pestisid saxlanılır. Yaxın günlərdə onun daşınmasına başlanacaqdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]