GÜRCÜSTANIN MDB-DƏ QALIB-QALMAMASI MƏSƏLƏSİ ÖLKƏDƏ YENƏ DƏ AKTUAL MÖVZUDUR
Tanınmış politoloq Giya Nodia bununla əlaqədar öz fikrini belə açıqlamışdır: “Məncə, MDB-dən çıxmaq prinsipial məsələ deyildir. Rusiyanın hərbi bazalarının və sülhməramlı qüvvələrinin Gürcüstandan çıxarılması məsələsi isə daha prinsipial və risklidir. MDB-yə gəlincə isə, o, yalnız Rusiya demək deyil və çox da böyük nüfuza malik olmayan beynəlxalq birlikdir”. O vurğulamışdır ki, Gürcüstanın bu təşkilatda qalıb-qalmaması heç nəyi dəyişdirmir. MDB-dən çıxmaq Gürcüstanın Rusiya ilə münasibətlərinə, prinsipcə, elə bir dəyişiklik gətirməyəcəkdir. Gürcüstanın MDB-dən çıxmasının ölkə üçün heç bir əhəmiyyəti olmayacaqdır.