Gürcüstanın “Olimpiya” həndbol komandası Azərbaycan çempionatında ilk qələbəsini qazanıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Tbilisidə oynanılan görüşdə Gürcüstan təmsilçisi “Olimpiya” Bakının “İdman Akademiyası” kollektivinə 31:26 hesabı ilə qalib gəlib. Bu, Gürcüstan təmsilçisinin çempionatda ilk qələbəsidir.
Komandalar arasında oktyabrın 25-də Tbilisidə təşkil olunan ilk qarşılaşmada 24:24 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan çempionatında mübarizə aparan Gürcüstanın “Olimpiya” komandası razılaşmaya əsasən, 20 oyundan 10-nu Bakıda, qalanlarını isə Tbilisidə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]