Gürcüstanın Samtredia şəhərində ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb
Tbilisi, 25 fevral, AZƏRTAC
Gürcüstanın Samtredia şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, iri qoşqulu yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 5 nəfərin hamısı hadisə yerində həlak olub.
Əvvəlcə minik avtomobilinin Azərbaycana aid olması barədə məlumat yayılsa da, sonradan bu xəbər təsdiqini tapmayıb. Həlak olanların hamısı yerli vətəndaşlardır.
Faktla bağlı cinayət işi başlanıb, təhqiqat aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]