Gürcüstanın Seçki Məcəlləsinə yenidən dəyişikliklər edilib
Tbilisi, 29 iyun, AZƏRTAC
Gürcüstan parlamentinin növbədənkənar iclasında seçki islahatları ilə bağlı Seçki Məcəlləsinə təklif olunan qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
AZƏRTAC xəbər verir ki, sənədi 86 deputat dəstəkləyib, 3 nəfər isə əleyhinə səs verib.
Müxalif “Vahid Milli Hərəkat Partiyası - Güc birlikdədir” bloku və “Lelo” fraksiyası qanun layihəsini dəstəkləməyib.
Seçki Məcəlləsinə edilən düzəlişlərə görə, Mərkəzi Seçki Komissiyasının tərkibi yeni qayda ilə təşkil ediləcək.
Səsvermədə elektron texnologiyalar tətbiq ediləcək və təbliğat-təşviqat kampaniyasında inzibati resursların istifadəsi qadağan olunacaq.
Bundan əlavə, səsvermə günü namizədlər seçki məntəqələrindən ən azı 100 metr uzaqda olmalıdırlar.
Bələdiyyə Məclisinə majoritar namizədlər üçün baryer 40 faiz nəzərdə tutulub.
Qeyd edək ki, yeni düzəlişləri ölkə prezidenti də təsdiqləməlidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]