Gürcüstanın uşaq musiqi müsabiqəsində Azərbaycan mahnısı ifa olunub VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq musiqi layihəsində Azərbaycan mahnısı ifa olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin iştirakçısı 11 yaşlı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını ifa edib. Azərbaycan dilində səslənən ifanı münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Münsiflər heyətinin üzvləri O.Bazeraşvilinin ifasını ən yüksək xalla qiymətləndiriblər.