Gürcüstanın və Türkiyənin səhiyyə nazirləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər
Tbilisi, 26 noyabr, AZƏRTAC
Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladze Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb. Görüşdə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq və onun genişləndirilməsi imkanları müzakirə olunub.
Mixeil Sarjveladze bildirib ki, Gürcüstan səhiyyə sisteminin inkişafına, təcrübə mübadiləsinə və tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm verir. O, həmçinin Türkiyənin səhiyyə və tibbi istehsal sahəsində əldə etdiyi irəliləyişlərin əməkdaşlıq perspektivlərini gücləndirdiyini vurğulayıb.
Türkiyə tərəfi də Gürcüstanla mövcud əməkdaşlığı davam etdirməyə və yeni birgə təşəbbüsləri müzakirə etməyə hazır olduğunu bildirib.
Tərəflər səhiyyə və tibb sahəsində regional əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.
Mixeil Sarjveladze səfər çərçivəsində, həmçinin Türk Dünyası Tibb Konqresində iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]