Gürcüstanın xarici ticarət dövriyyəsi 16 faizdən çox azalıb
Tbilisi, 14 iyul, AZƏRTAC
Gürcüstanın xarici ticarət dövriyyəsi azalmaqda davam edir. Ümumilikdə cari ilin birinci yarısında Gürcüstanın xarici ticarət dövriyyəsi 5,1 milyard dollar olub və bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
İlin birinci yarısında Gürcüstandan 1,5 milyard dollar məbləğində məhsul ixrac olunub. Bu da 2019-cu ilin birinci yarısının göstəricilərindən 15,6 faiz azdır. Bildirilir ki, hesabat dövründə Gürcüstan xarici ölkələrdən 3,6 milyard dollarlıq məhsul idxal edib. Həmin göstərici də ötən ilin birinci yarısı ilə müqayisədə 16,5 faiz azdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]