“Haas” Maqnussen və Qrojan ilə müqavilələrin müddətini artırıb
Bakı, 28 sentyabr, AZƏRTAC
“Haas”ın pilotları Romen Qrojan və Kevin Maqnussen 2019-cu il mövsümündə bu komandanın heyətində çıxışlarını davam etdirəcəklər.
AZƏRTAC komandanın mətbuat xidmətinə istinadla xəbər verir ki, “Haas”ın rəhbəri Günter Ştayner deyib: “Bolidimizin və komandanın inkişafını sürətləndirməkdən ötrü lap əvvəldən bizə təcrübəli pilotlar lazım idi. Hazırda Romen Qrojan və Kevin Maqnussenin timsalında bizim yaxşı və təcrübəli iki yürüşçümüz var. Biz ötən mövsümlə müqayisədə gözəçarpan dərəcədə irəliləmişik, buna görə də pilotların tərkibini qoruyub saxlamaq qərarı çox sadə oldu”.
Kevin Maqnussen bu komandanın heyətində 2017-ci il mövsümündən çıxış edir. O, kollektivdə Esteban Qutyerresi əvəzləmişdi. Romen Qrojan isə 2016-cı ildə “Haas” Formula 1 yarışlarında iştiraka başlayandan onu təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]