Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hadi Rəcəbli: Azərbaycan Xalq Cümhuriyyəti milli tariximizin ən parlaq səhifələrindən biridir

Hadi Rəcəbli: Azərbaycan Xalq Cümhuriyyəti milli tariximizin ən parlaq səhifələrindən biridir

Bakı, 27 may, Samirə Allahverdiyeva, AZƏRTAC 

Azərbaycan Respublikası Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli AZƏRTAC-a məxsusi müsahibəsində dövlətin məcburi köçkünlərə diqqət və qayğısından, Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan, həmçinin xəyanətkar qüvvələrin ölkəmizə qarşı məkrli planlarından danışır.

X X X

Hadi müəllim, mayın 24-də dövlətimizin başçısının iştirakı ilə məcburi köçkünlər üçün ən müasir standartlara cavab verən növbəti şəhərcik - “Qobu Park” yaşayış kompleksi istifadəyə verildi. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində dövlətimizin məcburi köçkünlərə töhfəsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsidir. Siz bu barədə nə deyə bilərsiniz?

- Bir sualda iki vacib məsələyə toxundunuz - məcburi köçkünlərə dövlət qayğısı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi. Mən də suala bu ardıcıllıqla cavab verəcəyəm.

Əvvəla onu deyim ki, “Qobu Park” yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Qeyd edim ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 52 min 500 ailənin və ya 265 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bu işə 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, onların sosial problemlərinin həllinə indiyədək 6,6 milyard manat vəsait xərclənib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb. Məcburi köçkünlərin sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bütün bunlar sübut edir ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir.

Bu qəbildən olan soydaşlarımıza dövlət qayğısı siyasətinin əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məsələsini dövlət siyasətinin prioritetinə çevirdi. Ulu Öndərin təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılması, onların sosial məsələlərinin həlli istiqamətində ciddi addımlar atıldı. Bu işə beynəlxalq donor təşkilatlar cəlb olundu, dövlət büdcəsindən vəsaitlər ayrıldı. Sonradan Neft Fondunda yığılan vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınmasına başlanıldı və ölkəmizin iqtisadi gücü artdıqca bu proses daha geniş vüsət aldı. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesinə özəl sektor da cəlb olunub. Bu, iş adamlarının sosial məsuliyyəti məsələsidir və onlar bu prosesə fəal qoşulublar.

Sualın ikinci hissəsinə gəlincə deməliyəm ki, bu gün 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli tariximizin ən parlaq səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə çox böyük işlər gördü. Əvvəla, xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi, Azərbaycanın ilk parlamenti, hökuməti, dövlət rəmzləri yaradıldı. Bu dövlətin ən böyük nailiyyətlərindən biri də nəinki müsəlman Şərqində, hətta dünyanın bir sıra qabaqcıl ölkələrindən çox-çox əvvəl qadınlara seçib-seçilmək hüququnu verməsi olub ki, biz bununla bu gün fəxr edirik.

Təəssüf ki, Xalq Cümhuriyyəti bolşevik istilası nəticəsində süqut etdi, xalqımızın müstəqillik arzusu yarımçıq qaldı, çar Rusiyasının tərkibindən çıxan Azərbaycan Sovet İttifaqının tərkibinə düşdü. Bu işdə milli satqınlar, xəyanətkarlar da böyük rol oynadılar.

Əgər tarixi paralellər aparsaq görərik ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edəndə də xəyanətkar insanların məkrli planlarına məruz qaldı. Müstəqil Azərbaycan dövləti yenə də parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Biz dövlət çevrilişi cəhdlərinin, təxribatların, Vətənə xəyanət edən insanların müxtəlif məkrli planlarının şahidi olduq. Lakin Ulu Öndərin qətiyyəti, yenilməz iradəsi, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti bütün bu planları alt-üst etdi, Azərbaycanda sabitlik bərpa olundu, ölkə inkişaf yoluna qədəm qoydu.

Təəssüf ki, müasir müstəqil Azərbaycana qarşı sonralar da təzyiqlər və təhdidlər səngimədi. Buna 2013-cü ildə yaradılan və Azərbaycanı sevməyən qüvvələrin idarə etdiyi Milli Şuranı misal göstərmək olar. Xarici mənbələrdən maliyyələşən bu qurum Azərbaycanı sevməyən, öz şəxsi maraqlarını xalqın və dövlətin maraqlarından üstün tutan, verilən sədəqə naminə bütün dəyərlərdən üz döndərən, idrakı sönük Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirmək istəyirdi. Lakin Azərbaycan xalqının müdrikliyi sayəsində onların arzuları ürəklərində qaldı.

Siz Rüstəm İbrahimbəyovun adını çəkdiniz. İstərdik ki, onun “Qafqaz üçlüyü” filminə münasibət bildirəsiniz. Bu filmdə azərbaycanlılar “qəddar”, “vəhşi” kimi təqdim olunur.

-Söhbətimin əvvəlində tarixdən paralellər gətirdim. Tarixdə hadisələr zaman-zaman təkrar olunur. Ola bilər forması dəyişir, amma məzmun eyni qalır. Xarici kəşfiyyat orqanlarının, bizi sevməyən qüvvələrin istəyi ondan ibarətdir ki, Azərbaycan tabe olsun, kiminsə əsarətində olsun. Azərbaycanın gücünü, xalqımızın mərdliyini, mübarizliyini aşağılamaq istəyən qüvvələr var. Çox təəssüf ki, Azərbaycan dövlətinin hər cür qayğısı ilə əhatə olunan R.İbrahimbəyov xislətinə sadiq qalaraq təkcə dövlətimizi deyil, xalqımızı da aşağılayan xəyanətə yol verdi. Nə tarix, nə də xalqımız onun bu xəyanətkarlığını bağışlamayacaq. Bu nankorluğun kökündə nə dayanır?! Mən həmişə vurğulayıram - ola bilər müxalif fikir səsləndirəsən, ola bilər hansısa məmurun nöqsanını, qüsurunu deyəsən. Bu, ola bilər. Amma xalqa böhtan atmaq, onu aşağılamaq, təhqir etmək yolverilməz haldır. Bu məqamda Rüstəm İbrahimbəyov Əkrəm Əylislini də qabaqlayır, dövlətimizə, xalqımıza, millətimizə böhtan atır. Məgər o bilmirmi ki, Azərbaycanın 20 faiz torpağını Ermənistan işğal edib, XX əsrin Xocalı soyqırımını ermənilər törədib, işğal altındakı torpaqlarımızda bütün milli-mədəni irsimizi bədnam qonşularımız dağıdıb, talan edib, bir milyondan artıq soydaşımızı doğma yurdundan didərgin salaraq qaçqın və məcburi köçkünə çevirib?! Çox gözəl bilir. Amma onun xəyanətkar xisləti, xalqına nifrəti ona bunları deməyə imkan vermir. R.İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi xəyanətin, mənəviyyatın aşınmasının, öz xalqına nifrətin çox iyrənc bir nümunəsidir. Əgər R.İbrahimbəyov Azərbaycan xalqını bəyənmirsə, ona nifrət edirsə, bu xalqın fəxri adını daşıya bilməz. O, Azərbaycan dövləti tərəfindən verilmiş bütün titullardan, imtiyazlardan məhrum edilməlidir ki, digər satqınlara da dərs olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir