Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisi şəhəri meri vəzifəsinə namizədini müəyyən edib
Tbilisi, 20 iyul, AZƏRTAC
Bu ilin oktyabrında Gürcüstanda yerli seçkilər keçiriləcək. Artıq hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisi şəhərinin meri vəzifəsinə namizədini ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, hakim partiyanın siyasi şurasının bu gün keçirilən iclasında Tbilisi şəhərinin meri vəzifəsinə namizəd məsələsinə baxılıb. İclasda paytaxtın hazırkı meri Kaxa Kaladzenin ikinci müddətə namizədliyi irəli sürülüb.
Məlumat üçün qeyd edək ki, 43 yaşlı Kaxa Kaladze 2017-ci ilin oktyabr ayından Tbilisinin meridir.
K.Kaladze islahatçı mer imici qazanıb. Eyni zamanda, Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında memorandumu da K.Kaladze imzalayıb.
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər bu il oktyabrın 2-də keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]