HAKİMLİYƏ NAMİZƏDLƏR DAHA BİR YAZILI İMTAHAN VERMİŞLƏR
Namizədlərə Məhkəmə-Hüquq Şurasının həmin gün keçirilmiş iclasında müəyyənləşdirilmiş 8 sualdan ikisi təklif olunmuşdur. Bu suallar 20 yerli və beynəlxalq qurumu təmsil edən 35 müşahidəçinin nəzarəti altında fırlanan barabanın köməyi ilə seçilmişdir. İmtahana buraxılmış 223 namizədə Cinayət və Cinayət Prosessual, Mülki və Mülki Prosessual məcəllələri əhatə edən həmin suallara dair yığcam inşa yazmaq təklif olunmuşdur.
Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev iddiaçılara qaydalar haqqında məlumat verdikdən sonra 4 saatlıq imtahan başlamışdır.
Cavablar yoxlandıqdan sonra nəticələr barədə dərhal məlumat veriləcəkdir. Qeyd edək ki, 60-dan yuxarı bal toplayan namizəd ikinci fazadan keçmiş hesab olunacaqdır.