Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hakimliyə namizədlərin tədris kursu hüquq sistemimizdə Heydər Əliyev dühası mövzusu ilə başladı

Hakimliyə namizədlərin tədris kursu hüquq sistemimizdə Heydər Əliyev dühası mövzusu ilə başladı

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə ayrılmış 200 hakim ştatının doldurulması ilə bağlı hakimliyə namizədlərin fasiləsiz seçimi davam edir. Hazırda 300-dən çox namizəd müsabiqənin müxtəlif mərhələlərindədir, o cümlədən uğur qazanmış 33 nəfər Ədliyyə Akademiyasında uzunmüddətli tədris kursuna buraxılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 17-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun iştirakı ilə həmin kursun açılışı olub. Nazir mütərəqqi məhkəmə-hüquq islahatlarının mahiyyətinə dair geniş mühazirə ilə çıxış edib.

Bildirib ki, 2023-cü il dövlətimizin başçısı tərəfindən Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan edilərək Ulu Öndərin zəngin irsinə və misilsiz xidmətlərinə həsr olunan silsilə tədbirlər keçirilir.

Ölkəmizdə elə bir sahə yoxdur ki, orada dahi Heydər Əliyevin dühası hiss olunmasın. Müasir məhkəmə-hüquq sisteminin formalaşması və inkişafı da məhz Ümummilli Liderin adı ilə bağlıdır.

Ulu Öndərin müəllifliyi ilə ilk milli Konstitusiya qəbul olunaraq bütün sahələrdə islahatlar aparılması üçün müvafiq komissiyalar yaradılıb və Heydər Əliyev hüquqi islahatlara müstəsna əhəmiyyət verərək bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürüb.

Nazir hüquq sistemimizin mahiyyətini müəyyənləşdirən tam yeni mütərəqqi qanunların qəbulu, müasir üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və digər mütərəqqi tədbirlərin dahi öndərin misilsiz fəaliyyətinin təzahürü olduğunu, 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçkisi aparılaraq hakim korpusunun 60 faiz təzələndiyini bildirib. Heydər Əliyevin həmin il Vaşinqtona səfəri zamanı beynəlxalq konfransda söylədiyi “biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu” - tarixi çıxışını xatırladıb.

Eyni zamanda, Ümummilli Liderin humanizm siyasətindən bəhs olunaraq qeyd edilib ki, dahi öndər Heydər Əliyevin insan hüquqları sahəsində atdığı ən mühüm addımlardan biri 1998-ci ildə ölüm cəzasının Şərqdə ilk dəfə Azərbaycanda ləğv edilməsi olub, əfv və amnistiya institutları bərpa edilərək geniş tətbiqinə başlanılıb.

Tədbirdə Ulu Öndərin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisindən danışan nazir bu gün ölkəmizin özünün ən qüdrətli dövrünü yaşadığını, Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində doğma torpaqlarımızın işğaldan azad olunması ilə Ümummilli Liderin ən ümdə vəsiyyətinin reallığa çevrildiyini və xalqımızın Zəfər salnaməsinin yazıldığını bildirib.

Qeyd edib ki, azad edilmiş torpaqlarımız dövlətimizin iqtisadi gücü hesabına sürətlə bərpa olunur, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmin ərazilərə müntəzəm səfərlər edərək mühüm infrastruktur layihələrini gerçəkləşdirir, həmvətənlərimiz dədə-baba yurdlarına dönürlər.

Dövlət başçısının təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası ilə bağlı tədbirlər görülür, habelə nazirlik tərəfindən səyyar ədliyyə xidmətləri təşkil olunur.

F.Məmmədov ölkə Prezidentinin mühüm “yol xəritəsi” olan 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə-hüquq islahatlarının yeni mərhələyə yüksəldiyini vurğulayıb, onun icrası üzrə görülən işləri, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyini, yeni ixtisaslaşmış məhkəmələrin təsis edildiyini, infrastrukturun müasirləşdirilərək paytaxtda və bölgələrdə yeni məhkəmə bina və komplekslərinin istifadəyə verildiyini, onların əksəriyyətinin məhkəmə hakimiyyətinə müstəsna əhəmiyyət verən dövlət başçısı tərəfindən şəxsən açılışının həyata keçirildiyini bildirib. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemi tətbiqi olunmaqla yüksək texnoloji hi-tech məhkəmələrin yaradıldığı, hakimlərin müstəqilliyinin və təminatının gücləndirildiyi qeyd olunub, həyata keçirilən islahatların və tətbiq olunan yeniliklərin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təqdir olunduğu vurğulanıb.

Diqqətə çatdırıb ki, ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır. Bu mənada hakimlərin yüksək nəzəri biliyi və peşə hazırlığı ilə yanaşı, məhkəmə sistemində həmçinin mənəvi cəhətdən saflığı, ədalətliliyi və qərəzsizliyi, insanlara qayğılı münasibəti ilə fərqlənən şəxslər təmsil olunmalıdır. Bununla bağlı dövlətimizin başçısının tövsiyələrini xüsusilə diqqətə çatdıran nazir namizədlərə uğurlar arzulayıb.

Tədris kursunun ilk günündə, həmçinin Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev məhkəmə hakimiyyəti və onun hakimiyyətin digər qolları ilə qarşılıqlı əlaqəsi, hakimin statusu mövzusunda namizədlər qarşısında çıxış edib, onlara zəruri tövsiyələr verib.

Bununla yanaşı, Milli Məclisin deputatı, Məhkəmə-Hüquq Şurasının üzvü, hüquq elmləri doktoru Nizami Səfərovun “44 günlük Vətən müharibəsi və beynəlxalq humanitar hüquq” mövzusunda mühazirəsi dinlənilib.

Kurs zamanı nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə namizədlərə hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, Avropa Məhkəməsinin presedent hüququ, müasir İKT-lərdən istifadə bacarığı və digər aktual mövzular tədris olunacaq. Onların həmçinin məhkəmələrdə staj keçmələri və xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmələri nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub