“Hayduk”un baş məşqçisi: Qarşımızda çox güclü və təhlükəli rəqib var idi
Bakı, 23 iyul, AZƏRTAC
Çətin qarşılaşma alındı. Oyuna yüksək motivasiya ilə başladıq, lakin “Zirə” ilk fürsətdə bizi məyus etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xorvatiyanın "Hayduk" komandasının baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, ümumi nəticədən məmnun olduğunu bildirib: “İkinci hissədə oyunun ritmini daha çox biz müəyyənləşdirirdik. Hesabı bərabərləşdirdik və əlavə imkanlarımız da oldu. Ümumi nəticədən məmnunam. Qarşımızda çox güclü və təhlükəli rəqib var idi. Müdafiədən hücuma keçiddə sürətlidirlər, pressinq tətbiq edirlər və heyətlərində keyfiyyətli futbolçular yer alır”.
Komandalar arasında cavab görüşü isə iyulun 30-da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]