Həkim-pediatr: COVID-19 infeksiyası uşaqlarda qastroenteritə səbəb olur
Bakı, 16 iyul, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyası uşaqlarda qastroenteritə səbəb olur. COVID-19-un klinik əlamətləri arasında ishal və qusmaya rast gəlindikdə simptomatik müalicəyə üstünlük verilir. Lakin yeni növ koronavirus mədə-bağırsaq sisteminə təsir göstərsə də, hər belə narahatlığı COVID-19 adlandırmaq olmaz.
AZƏRTAC xəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Azər Əhmədov “Uşaqlarda qastroenteritlər” mövzusundakı çıxışı zamanı deyib.
Həkim-pediatr bildirib ki, Milli Peyvənd Təqviminə əsasən vurulan vaksinlərin vaxtı yubadıldıqda uşaqlarda qastroenteritə (mədə və nazik bağırsağın selikli qişasının iltihabı) daha çox rast gəlinir: “Altı ayı tamam olmamış uşaqlarda maye itkisi həyati vacib orqanların funksiyasını pozduğu üçün bu dövrdə peyvəndlərin vurulması vacibdir. Ümumiyyətlə qastroenteritin yaranmasına infeksion xəstəliklər səbəb olur. Yeni növ koronavirus (COVID-19) da virus infeksiyası olduğu üçün qastroenteritlərə ən çox səbəb olan viruslardandır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]