Hələ bu dünyaya sözüm var mənim...
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-də İbrahim Əbilov adına mədəniyyət mərkəzinin “Vurğun” poeziya teatrının üzvləri 1 nömrəli Tibb kollecində Xocalı soyqırımına həsr olunmuş “Hələ bu dünyaya sözüm var mənim ” mövzusunda anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Mərkəzin bədii rəhbəri M.Əsgərov, kollecin direktoru Nəriman Mövsümov və başqaları faciə haqqında danışıblar.
Bildirilib ki, Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” ardıcıl olaraq anılır və dünya ictimaiyyətinə çatdırılması üçün kütləvi tədbirlər keçirilir.
Tədbirdə “ Vurğun” poeziya teatrının ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Şagirdlərin ifasında M.Araz, Z.Yaqub, X.R.Ulutürk, Z.D.Qayalı və başqalarının Xocalı soyqırımına həsr edilmiş şeirləri səsləndirilib.
Sonra mərkəzin “Şəlalə” xalq çalğı alətləri ansamblının konsertmeysteri Ruslan Zərbəliyevin tarda ifası dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]