Azərbaycan Dövlət İnformasiya Agentliyi

Helsinki Azərbaycan Evi beynəlxalq platforma çərçivəsində fərqli ölkələrin nümayəndələrini bir araya gətirib

Stokholm, 1 iyul, АZƏRTAC

İyulun 1-də Finlandiyada keçirilən “Nordic–Baltic & Caucasus Dialogue 2026” beynəlxalq dialoq platforması çərçivəsində müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakı ilə Helsinki Azərbaycan Evində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Evinin dəvəti ilə təşkil olunan görüşdə təşkilatın rəhbəri Ülviyyə Cabbarova çıxış edib.

O, tədbir iştirakçılarına Azərbaycan Evinin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, Finlandiyada Azərbaycan dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Ü.Cabbarova Helsinki Azərbaycan Evinin gələcəkdə də beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirərək təhsil, mədəniyyət, gənclər siyasəti və vətəndaş cəmiyyəti sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Azərbaycan Evinin fəaliyyəti, beynəlxalq əlaqələri və gələcək planlarını əks etdirən videoçarx nümayiş olunub.

İlk təqdimatla çıxış edən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərlinin "Azərbaycanda dayanıqlı gənclər siyasəti" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ölkədə həyata keçirilən gənclər siyasəti, dövlət proqramları, gənclərin məşğulluğu, təhsil imkanları, gender bərabərliyi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının icraçı direktoru Gülnarə Bağırova çıxışında təşkilatın gənclərin inkişafına yönəlmiş layihələri, beynəlxalq əməkdaşlıq proqramları və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.

Gender bərabərliyi mövzusuna toxunan natiq qeyd edib ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olmaqla bu sahədə tarixi addım atıb. O, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən sosial, mədəni və şəhərsalma layihələrinin ölkənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Bu çərçivədə Bakının vaxtilə sənaye zonası kimi tanınan "Qara şəhər" ərazisinin müasir şəhərsalma layihələri nəticəsində "Ağ şəhər" kimi yenidən qurulmasını Azərbaycanın uğurlu inkişaf nümunələrindən biri kimi qeyd edib.

Sonra “Femina ry” təşkilatının media əlaqələndiricisi Valeriia Skaldina beynəlxalq əməkdaşlıq, media savadlılığının artırılması, gənclərin ictimai fəallığının gücləndirilməsi və müxtəlif ölkələr arasında dialoqun inkişaf etdirilməsinə yönəlmiş təşəbbüslər barədə məlumat verib.

“Yhtenäiskoulun Lukion”un şagirdi və “Femina Ry” təşkilatının gənc media nümayəndəsi Yevgeniya Senni Skaldina gənclərin beynəlxalq layihələrdə iştirakının, media savadlılığının artırılmasının və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.

Latviyanın Bioville NGO təşkilatının sədri, təhsil və dayanıqlı inkişaf üzrə mütəxəssisi Marianna Lipnicka söz alaraq, ekoloji məsuliyyət, dayanıqlı inkişaf məqsədləri və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə təqdimat edib.

Görüş zamanı Finlandiya, Azərbaycan, Latviya və digər ölkələri təmsil edən iştirakçılar öz ölkələrinin təcrübələrini bölüşərək gənclər siyasəti, gender bərabərliyi, media savadlılığı, dayanıqlı inkişaf, vətəndaş cəmiyyətinin rolu və beynəlxalq əməkdaşlıq mövzularında geniş fikir mübadiləsi aparıblar. Eyni zamanda, gələcək birgə layihələrin hazırlanması, təcrübə mübadiləsinin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və müxtəlif təşkilatlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr keçirilib.

Tədbirdə Finlandiyanın “Femina Ry” qeyri-hökumət təşkilatının rəhbəri Laura Maria Rajala təqdimatla çıxış edib.

Tədbirin təşkilati işlərində Skandinaviya azərbaycanlıları koordinasiya şurasının Finlandiya üzrə koordinatoru Mona Savojifar və Azər-Türk Gənclər Təşkilatının üzvü Aylin Cabbarlı fəal iştirak edərək qonaqların qarşılanması, proqramın koordinasiyası və görüşün yüksək səviyyədə təşkil olunmasına öz töhfələrini veriblər.

Qeyd edək ki, “Nordic–Baltic & Caucasus Dialogue 2026” beynəlxalq dialoq platforması Finlandiyanın “Femina Ry” təşkilatı, Azərbaycanın ADTGT İctimai Birliyi və 10 ölkənin müxtəlif QHT-si tərəfindən təşkil olunub. Platforma çərçivəsində Azərbaycandan olan nümayəndə heyətinin Finlandiyaya səfəri isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, Helsinki Azərbaycan Evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır

Şimali Kiprdə bərə faciəsi: 23 nəfər hələ də itkin düşmüş hesab olunur

Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil”

Fizioterapevt: Bəzi onkoloji pasiyentlərə seçici yanaşma əsasında fizioterapiyanın bərpa proqramları tətbiq edilə bilər

Qırğızıstan və Çin əbədi mehriban qonşuluq, dostluq haqqında müqavilə imzalayıb

“Atletiko” “Yuventus”un futbolçusunu icarəyə götürmək istəyir

® Azyaşlıya pasport verilməsi üçün razılıq ərizəsini artıq “mygov”dan əldə etmək mümkündür

Yağışlı havada sürəti azaltmaq təhlükəsizliyin əsas şərtlərindən biridir – BDYPİ-dən çağırış

Faktiki hava: Bəzi yerlərdə leysan yağır

Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Trinidad və Tobaqo Respublikasının Prezidenti Zati-aliləri xanım Kristin Karla Kanqaluya

Qazax politoloqlar: Azərbaycanın ŞƏT ilə əməkdaşlığı və Orta Dəhlizdəki rolu mühüm əhəmiyyət daşıyır

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova

"Mercedes" beton maneəyə çırpıldı, ölən və yaralananlar var

® “AccessBank”da yeni dalğa – “AccessRadio” artıq yayımda!

BMU-nun 37 tələbəsi ikili diplom proqramı çərçivəsində Çinə yola salınıb

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodinadan

ASAN könüllüləri rəqəmsal gələcəyin imkanlarını öyrəniblər

Novak Cokoviç karyerasında ilk dəfə “US Open”in birinci turunda məğlub olub

“Araz-Naxçıvan”ın futzalçısı: Çempionlar Liqasında ən arzuolunmaz rəqib “Piast”dır

Britaniyada vaxtından əvvəl azad edilən məhbuslar qısa müddətdə yenidən həbsxanaya qayıdırlar

Xaçmazda yük qatarının altında qalan şəxs ölüb

İyulda DSMF tərəfindən 21 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

On nəfər Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri cənab Tufan Erhürmana

Bakıda yayın son konserti təşkil olunub

Azərbaycanda turizmin inkişafına aid yeni kitab nəşr olunub

Qızıl və gümüşün qiyməti azalıb VİDEO

Qızıl və gümüşün qiyməti azalıb VİDEO

Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ötüb

Azərbaycan Premyer Liqası: “Sabah” “Araz-Naxçıvan”a, “Qarabağ” “Sumqayıt”a qarşı

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil VİDEO

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil VİDEO

Bakının bəzi yollarında sıxlıq yaranıb

Ekspert: Azərbaycan kütləvi və adsız məzarlıqlarda dəfn edilən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində sistemli iş aparır

“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb

Arizona ştatında daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb

ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır

Londonda karnaval zamanı 169 nəfər saxlanılıb

İran İordaniyadakı ABŞ hərbi bazasına zərbələr endirib

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

İranın cənubundakı adada növbəti partlayışlar baş verib

SEPAH: Larak adasına hücum cavabsız qalmayacaq

Şimali Kipr sahillərində davam edən axtarış-xilasetmə işlərinə Türkiyədən tam dəstək göstərilir

ABŞ ordusu İranın iki raket kompleksini məhv edib

Şimali Kiprdə 3 günlük milli matəm elan edilib

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb VİDEO

Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib

Hörmüz boğazında Britaniya tankerinə hücum olub

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

Girnədə batan gəmi ilə bağlı genişmiqyaslı istintaq və axtarış işləri davam edir

Praqada trolleybus nəqliyyatının 90 illiyi qeyd olunur

Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub

Premyer Liqa: "Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub edib

Bu saata olan əsas xəbərlər

Macarıstanda quruyan gölün dibindən yüzlərlə köhnə təkər aşkar edilib

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti mərhələsi Lerikdə təşkil olunub

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Norveç Kral V Haraldla vidalaşır VİDEO

Norveç Kral V Haraldla vidalaşır VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırıb: 30 gəmi saxlanılıb

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər ölüb

Vətən səmasında son uçuş: itkin şəhidin ailəsi hələ də onun yolunu gözləyir

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Şimali Kipr sahillərində batan bərədə azərbaycanlıların da olması ehtimal edilir

Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb

Çexiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

İslandiya əhalisi Aİ-yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Stavropolda avtobusun iştirakı ilə baş verən yol qəzasında altı nəfər həlak olub

Bu saata olan əsas xəbərlər

Xəbər agentlikləri Qırğızıstanda MDB ölkələrinin turizm potensialına informasiya dəstəyi məsələlərini müzakirə ediblər

Cəlilabadda ev yanıb

İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür

Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib