“Həm öyrənək, həm istirahət edək” layihəsi çərçivəsində Qəbələyə ekskursiya təşkil olunmuşdur
Bakı, 16 avqust (AZƏRTAC). “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ İB) “Həm öyrənək, həm istirahət edək” layihəsi çərçivəsində Qəbələyə ekskursiya təşkil etmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, ölkənin ictimai həyatında fəallığı ilə seçilən, müxtəlif sahələrdə çalışan 80 gəncin iştirak etdiyi ekskursiya maraqlı tədbirlərlə yadda qalmışdır.
Gənclər Qəbələnin “Nohurgöl”, “Sərin meşə”, “Yeddi gözəl” istirahət mərkəzlərində, digər turizm əhəmiyyətli yerlərində olmuş, müxtəlif oyunlar və müzakirələr təşkil etmişlər.
GEMİ İB-nin sədri Sərdar Yusifoğlu bildirmişdir ki, məqsədimiz ölkənin elmi-mədəni və ictimai həyatında fəallıq göstərən gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bir-birini tanıması və fikir mübadiləsi aparmalarına şərait yaratmaqdır. “Həm öyrənək, həm istirahət edək” layihəsi həm də yerli turizmin inkişafına təkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]