Azərbaycan Dövlət İnformasiya Agentliyi

Henri Kissincer yeni dünya nizamı haqqında

1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışmış 91 yaşlı Henri Kissincerin xarici siyasət, geosiyasət, təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələrinə bu gün də ABŞ prezidenti administrasiyasında diqqət yetirilir. Bu yaxınlarda Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində Kissincer çoxlarını maraqlandıran geosiyasi məsələlər, eləcə də yeni qlobal nizamın formalaşması barədə düşüncələrini paylaşıb.

Qlobal nizamın yaranması həmrəylik tələb edir

Kissincerin fikrincə, kütləvi qırğın silahlarının və transsərhəd terrorizminin yayılması nəticəsində dünya xaos təhlükəsi ilə üzləşib. Hazırda "idarə olunmayan ərazilər" fenomeni mövcuddur və Liviya nümunəsindən də göründüyü kimi, "idarə olunmayan ərazi" dünyada qeyri-sabitliyə səbəb ola bilər. Üstəlik, dünyanın bir çox yerlərində dövlət bir təsisat olaraq hücum qarşısındadır. Keçmiş diplomatın fikrincə, bütün bunlara baxmayaraq, paradoksal olsa da, ilk dəfədir ki, dünya nizamından danışmaq mümkündür. Kissincer bu fikrini belə izah edir: "Son vaxtlara qədər tarix boyu əsasən dünya nizamı regional nizam olub. İlk dəfə olaraq indiki dövrdə dünyanın istənilən bölgəsi bir-biri ilə qarşılıqlı əlaqədə ola bilər. Bu, qloballaşan dünya üçün yeni nizamın olmasını zəruri edir. Lakin universal olaraq qəbul edilmiş qaydalar mövcud deyil. Çin, İslam, Qərb və müəyyən mənada rus yanaşmaları mövcuddur və onlar heç də hər zaman bir-biri ilə uzlaşmır".

Kissincer özünün "Dünya nizamı" adlı son kitabında olduğu kimi, dünya nizamının qurulması üçün 1648-ci ilin Vestfal sülh sazişini istinad sistemi kimi göstərir. O, fikrini bununla əsaslandırır ki, Mərkəzi Avropa əhalisinin demək olar ki, dörddə birinin müharibələr, xəstəliklər və aclıqdan ölməsindən sonra imzalanan Vestfal sazişi heç də ali mənəvi dəyərlərə yox, bir-biri ilə ortaq dil tapmaq zərurətinə əsaslanırdı. Bununla da, müstəqil dövlətlər digər dövlətlərin işlərinə qarışmamağı qərara aldılar və bu gün ehtiyac duyulan qüvvələr balansını yaratdılar.

Keçmiş diplomatın fikrincə, dünya yeni nizama doğru iki yolla - xaos və dərrakə yolu ilə gedə bilər. Nüvə silahlarının yayılması, iqlim dəyişikliyi və terrorizm təhlükələri qlobal miqyasda ortaq mövqe yaratmaq və bununla da xaosdan çəkinmək üçün kifayətdir. Dünya nizamının formalaşmasında ABŞ-ın roluna gəlincə, Kissincer hesab edir ki, öz gücü və dəyərləri sayəsində Birləşmiş Ştatlar bu prosesdə əsas rolu icra edəcək, lakin heç bir dövlət təkbaşına dünya nizamı yaratmaq üçün kifayət qədər güclü, yaxud müdrik deyil.

ABŞ və Avropanın xarici siyasəti arasında əsas fərq kimi Kissincer vurğulayır ki, Avropadan fərqli olaraq, ABŞ dünyanı sadəcə yumşaq güclə deyil, həm də həqiqi hərbi güclə dəyişə biləcəyinə inanır. Bununla belə, o, Avropada ən mühüm ölkə kimi Almaniyanın dünya nizamının formalaşdırılmasında daha fəal rol oynamalı olduğunu bildirib.

Qərb Ukrayna məsələsində səhvlərə yol verib

ABŞ-Rusiya münasibətlərində gərginliyin daha da artması ilə müşayiət edilən Ukrayna hadisələri barədə danışan Kissincer Qərbin bu məsələdə kifayət qədər həssaslıq göstərmədiyini düşünür. “Əgər Qərb səmimidirsə, səhvlərini etiraf etməlidir. Krımın anneksiyası qlobal ağalıq naminə atılan addım deyildi. Bu, Hitlerin Çexoslovakiyaya hücumu deyildi”, - deyən Kissincer 2014-cü ildə hadisələrin qəfil kəskinləşməsində Qərbin də rolunun olduğunu qeyd edib. Bildirib ki, Avropa və ABŞ Ukraynanın Avropa İttifaqı ilə iqtisadi əlaqələrinə dair danışıqlardan başlayaraq Kiyevdəki nümayişlərlə kulminasiya nöqtəsinə çatan hadisələrə qədər proseslərin nəticəsini düzgün dəyərləndirə bilmədi. Bu hadisələr və onların nəticəsi Rusiya ilə dialoqun müzakirə mövzusu olmalı idi. Bununla belə, Rusiyanın proseslərə reaksiyası da düzgün deyildi.

Kissincerin fikrincə, Qərb ilə Rusiya arasında yenidən “Soyuq müharibə”nin başlaması təhlükəsi mövcuddur və bu, tarixi faciə olardı. Əgər mənəvi dəyərlər və təhlükəsizlik prinsipləri belə bir konfliktdən yayınmağa imkan verirsə, onda buna cəhd etmək lazımdır.

Krımın ilhaqının Qərb üçün qəbuledilməz olduğunu bildirən Kissincer Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə haqq qazandırsa da, onu qane etməyən məqamlar da var: “Əgər qlobal iqtisadiyyatdan danışırıqsa və qlobal iqtisadiyyatın daxilində sanksiyalar tətbiq olunursa, onda böyük dövlətlər öz gələcəklərini düşünərək özlərini mümkün təhlükələrdən qorumağa çalışacaqlar və bunu etdikcə onlar merkantilist qlobal iqtisadiyyat yaradacaqlar”.

Kissincer ayrı-ayrı şəxslərə tətbiq olunan sanksiyalarla bağlı da razılaşmadığı məqamları ifadə edib. Onun fikrincə, müəyyən vaxtdan sonra “qara siyahı”ya adları salınan şəxslərin bir qismindən sanksiyalar ləğv olunub digərləri üzərində saxlanıldığı zaman bunun səbəbini izah etmək lazım gələcək. Ona görə də bir işə başlayanda onun nəticəsini qabaqcadan düşünmək lazımdır.

Kissincer etiraf edir ki, Rusiya beynəlxalq sistemin mühüm iştirakçısıdır və bu səbəbdən, məsələn, İranla, yaxud Suriya ilə bağlı nüvə silahının yayılmasının qarşısının alınması üzrə razılaşmada olduğu kimi, hər növ böhranın aradan qaldırılmasında faydalıdır. Onun fikrincə, bu cür vacib problemlər hər hansı spesifik məsələ ilə bağlı taktiki eskalasiyadan üstün tutulmalıdır. Digər tərəfdən, Ukraynanın müstəqil dövlət kimi mövcud olması da vacibdir, onun öz seçimi ilə iqtisadi və kommersiya ittifaqlarına daxil olmaq hüququ olmalıdır. “Lakin dövlətin NATO-ya daxil olmaq hüququ heç də təbiətin qanunu deyil”, - deyən Kissincerə görə, NATO heç zaman Ukraynanın alyansa qəbul olunmasına yekdilliklə səs verməyəcək.

Müharibəyə başlamazdan əvvəl onun nəticəsini aydın dərk etmək lazımdır

Müsahibəsində Kissincer Yaxın Şərqdə gedən proseslər və terrorizm təhlükəsi barədə fikirlərini də bildirib. Maraqlıdır ki, o, Suriyadakı böhranın “amansız diktatorun köməksiz xalqa qarşı” dayanması və “diktatorun devriləcəyi təqdirdə əhalinin demokratikləşəcəyi” kimi başa düşülməsini düzgün hesab etmir. O, Suriyadakı müharibəni qismən multietnik münaqişə, qismən Yaxın Şərqin köhnə strukturuna qarşı üsyan, qismən də hökumətə qarşı qiyam kimi dəyərləndirib. Kissincer hərbi müdaxilənin nəticələrinə də diqqət yetirməyi vacib bilir. O, Liviyadakı vəziyyəti nümunə gətirərək, Qəddafinin devrilməsinin düzgün addım olduğunu bildirsə də, ondan sonra yaranan boşluğu doldurmaqda Qərbin maraq göstərmədiyini bildirib. Ona görə də bu gün ölkə hərbi qruplaşmaların bir-birinə qarşı savaş meydanına çevrilib. Bununla da “idarə olunmayan ərazi” və Afrika üçün “silah anbarı” meydana gəlib. Həyatı boyunca, əsasən, “fəal” xarici siyasətin tərəfdarı olduğunu bildirən Kissincer Suriyaya müdaxilə məsələsində ABŞ-ın etibarlı tərəfdaşlara ehtiyacının olduğunu, lakin hazırda belə bir tərəfdaş görmədiyini deyib. Bu səbəbdən də, müharibəyə qoşulmaq üçün onun nəticələrini qabaqcadan aydın dərk etmək lazımdır.

Digər tərəfdən, Kissincer hərbi müdaxilə yolu ilə ölkəyə demokratiya gətirilməsini qeyri-real hesab edir, bunun baş verməsi üçün müharibənin on illərlə davam etməsinin və müharibəni aparan ölkənin əhalisinin hökuməti davamlı olaraq dəstəkləməsinin vacib olduğunu düşünür. Lakin güman ki, heç bir ölkənin resursları sadalanan amillərin baş tutmasına imkan vermir.

Buna baxmayaraq, o, mülki əhalinin həyatına təhlükə törətsə belə, terrorçu hücumların təşkil edildiyi ərazilərdə hərbi əməliyyatların keçirilməsini, bununla da ABŞ-ın hazırda İraq və Suriyada İŞİD-ə qarşı havadan hücumlarını dolayı yolla dəstəkləyib. İŞİD-ə qarşı mübarizədə Bəşər Əsədlə əməkdaşlıq ideyasının Suriya prezidentinə qarşı illərlə görülən işin fonunda qəbuledilməz olduğunu deyən Kissincer bu məsələ ilə bağlı qabaqcadan Rusiya ilə dialoqun aparılmalı olduğunu, Əsədin getmə məsələsinin əvvəldən qoyulmasının yanlış olduğunu deyib.

Kissincerin fikrincə, İŞİD terrorçu təşkilatına qarşı hazırkı müharibəyə ABŞ-da geniş ictimai dəstək var. Lakin müharibə davam etdikcə nələrin baş verəcəyi bəlli deyil. Ona görə də müharibənin nəticəsi barədə aydın təsəvvürün olması vacibdir.

Leyla Məmmədəliyeva

Newtimes.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb