Hərbçilərimiz “Anatolian Phoenix-2021” təlimində praktiki uçuşları icra edirlər
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları “Anatolian Phoenix-2021” təlimində plana uyğun olaraq təlim uçuşları keçirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uçuşlar zamanı əsas diqqət iştirakçı ölkələrin hərbi aviasiyası ilə müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi zamanı qarşılıqlı fəaliyyətlərin təşkili, döyüş uzlaşması imkanlarının öyrənilməsi və axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqların yerinə yetirilməsinə yönəldilir.