Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi ekspert: Ermənistan fərarilər ordusuna malik cırtdan ölkəyə çevrilib

Hərbi ekspert: Ermənistan fərarilər ordusuna malik cırtdan ölkəyə çevrilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Ermənistan Vətən müharibəsindən əvvəl davam edən uzunmüddətli danışıqlar prosesində daim qeyri-konstruktiv mövqe tutub. İşğalçı ölkə 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın tarixi torpaqlarına qarşı öz ərazi iddialarını açıq şəkildə və daim bəyan edib. Bu bəyanatlar fonunda ölkəmizə qarşı etnik zəmində təxribatlar, terror əməlləri törədilib. Bu əməllər Azərbaycana qarşı açıq şəkildə hərbi təcavüzlə nəticələnib. SSRİ-nin dağılmasından istifadə edən Ermənistan hakimiyyəti Azərbaycan SSR-in ayrılmaz parçası olan Qarabağ və Şərqi Zəngəzur ərazilərini məqsədyönlü şəkildə işğal edib. Həmin ərazilərdə yerləşən vətəndaşlarımızı öz doğma yurd-yuvalarından qovublar. Onların böyük hissəsi bu təcavüz nəticəsində yaralanıb. Çoxlu sayda şəhidlərimiz olub. Eyni zamanda, həm Qarabağdan və Zəngəzurdan, həm də Qərbi Azərbaycandan yüz minlərlə vətəndaşımız erməni təcavüzü nəticəsində yaralanıb və ya qətlə yetirilib.

Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev vurğulayıb ki, torpaqlarımızın işğalı dövründə bu proseslər Ermənistan hakimiyyətinin Azərbaycana qarşı fasiləsiz olaraq əsassız ərazi iddialarına uyğun bəyanatları ilə müşahidə edilib. Bu bəyanatların arasında Ermənistanın Azərbaycan ərazilərini özününküləşdirmək, işğalı leqallaşdırmaq və ölkəmizin rəhbərliyini danışıqlar masasında mövcud reallıqlarla barışmaq məcburiyyətində qoymaq məqsədi daşıyırdı.

“Ümumilikdə isə Ermənistan tərəfindən Azərbaycana qarşı səslənən bəyanatlar onu deməyə əsas verirdi ki, bu ölkənin hakimiyyəti Vətən müharibəsində darmadağına məruz qalanadək danışıqlar prosesinə ciddi platforma kimi münasibət bəsləməyib. Sadəcə, bu, danışıqlar prosesini beynəlxalq aləmdə Ermənistanın sülh istiqamətində addım atmaq görüntüsü yaratmaq məqsədilə aparıb. Baş nazir Nikol Paşinyanın Vətən müharibəsindən əvvəl Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı Ermənistan ərazisi elan etməsi, digər tərəfdən keçmiş müdafiə naziri David Tonoyanın ölkəmizi “yeni müharibə, yeni ərazilər” bəyanatı ilə hədələməsi Azərbaycanın səbrinin tükənməsi ilə nəticələndi.

Bundan başqa, Ermənistan Azərbaycana qarşı 2010-cu ildən başlayaraq xüsusi intensivliklə hərbi təxribatlar törədirdi. Onların arasında 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri Ermənistanla danışıqların artıq mənasız olduğu göstərdi”, - deyə Ədalət Verdiyev bildirib.

Hərbi ekspertin sözlərinə görə, Ermənistan BMT-nin qəbul etdiyi dörd qətnaməni yerinə yetirmək əvəzinə Vətən müharibəsindən əvvəl Azərbaycanın işğal altındakı ərazilərində 40 min nəfər qoşunun iştirakı ilə təlimlər keçirirdi. 2018-ci ildə Azərbaycan “ADEX” sərgisini Bakıda keçirərkən Ermənistanın hərbi təyyarələri Xocalı Hava Limanına eniş etmişdilər. Digər tərəfdən isə Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəl, 2020-ci ilin martında Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilər keçirirdi.

Vətən müharibəsindən bir ay əvvəl isə Azərbaycan ərazilərinə Ermənistanın kəşfiyyat-diversiya qrupları göndərilmişdi. Həmin müharibədən əvvəl Ermənistanda qəbul edilən çox sayda hüquqi-normativ sənədlərdə, o cümlədən onun hərbi doktrinasında və milli təhlükəsizlik strategiyasında işğalçı ölkənin Azərbaycana qarşı təcavüzkar və hücum xarakterli fəaliyyətləri nəzərdə tutulurdu. Ermənistan ərazisində Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün mülki vətəndaşlardan ibarət könüllü hərbi dəstələr yaradılırdı.

Ermənistan tərəfi Azərbaycanı böyük şəhərlərə, mühüm əhəmiyyət daşıyan mülki infrastrukturuna zərbələr endirməklə hədələyirdi. Həmçinin bir çox ölkədən Ermənistan ərazisinə aşkar şəkildə muzdlular və terrorçular cəlb edilirdi. Ermənistan bütün mümkün yollarla, hətta müharibədə istifadəsi qadağan olunan qanunsuz silahlar əldə edirdi.

“Bu proseslər bir daha onu göstərirdi ki, Ermənistan nəinki BMT-nin qətnamələrini yerinə yetirmək istəmirdi, tam əksinə, yenidən müharibəyə hazırlaşırdı. Ali Baş Komandan İlham Əliyev müharibədən cəmi üç gün əvvəl bu sadalanan faktların əksəriyyətini, o cümlədən Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını beynəlxalq ictimaiyyətə bəyan etmişdi. Lakin kimsə Ermənistanı bu məntiqsiz addımlardan çəkindirə bilmədi.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hazırlıqları barədə bu ölkənin silahlı qüvvələrinin təmas və dövlət sərhədində cəmləşməsi barədə qarşı tərəfi xəbərdar etmişdi və demişdi ki, əgər Ermənistan hücum edərsə, o bu əməlinə və fəaliyyətinə görə peşman olacaq. Lakin bu xəbərdarlıqdan nə Qərb ölkələri, nə Ermənistan, nə də onun digər müttəfiqləri nəticə çıxarmadı. Onun acı nəticələri isə hər birimizə, xüsusilə də Ermənistana yaxşı məlumdur. Ermənistan tərəfindən verilən bütün əsassız bəyanatlar ona gətirib çıxardı ki, Ermənistan Vətən müharibəsindən əvvəl nəzarət etdiyi ərazilərin hamısını hazırda itirdi.

Bu gün Azərbaycan əsgəri Ermənistanın enini və uzununu müşahidə altında saxlayır və ölkəmiz Ermənistan üzərində çox böyük hərbi, siyasi, diplomatik üstünlük əldə edib. Nəticədə, Ermənistan isə indi XXI əsrin fərari ordusuna malik cırtdan ölkəyə çevrilib”, - deyə ekspert vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO