Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi həkim: Gecələr telefon işığı altında işləyirdik...

Bakı, 15 dekabr, AZƏRTAC

Vətən müharibəsi günlərində yaralı əsgərlərə yardım göstərən həkimlər arasında akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin anestezioloq-reanimatoloqu, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova da olub. O, 2020-ci ilin yayında Tovuz hadisələrindən sonra döyüş bölgəsinə getmək üçün onlayn qeydiyyatdan keçsə də, haqq savaşının ilk günləri onu cəbhəyə aparmayıblar. Bir neçə dəfə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edəndən sonra oktyabrın 5-dən 6-na keçən gecə o, artıq ən ağır döyüşlərin getdiyi Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki Diaqnostika Mərkəzində idi.

-Kəmalə xanım, ilk xəstəni qarşılamağı necə xatırlayırsınız?

-Təxminən axşam saat 10 radələrində xəstəxanaya çatdım. Hələ çantamı yerbəyer etməmişdim. Foyeyə girən kimi çantamı yerə qoydum. Gördüm yaralı bir əsgər gözlərimin içinə baxır, bir əli ilə qolunun yuxarı hissəsindən tutmuşdu, barmaqlarının arasından qan sızırdı. O, üzünü mənə tutub soruşdu: - Kəmalə xala, məni tanımadın? Çaşdım, özümü itirən kimi oldum. Yaralı əsgər özünü təqdim etdi: - Mənəm, Nurlan, Gülalının oğlu. Heç yatsam yuxuma da girməzdi ki, qapıbir qonşum, hər gün məhəllədə üz-üzə gəldiyim uşaqla burada rastlaşa bilərəm və ilk xəstəm ola bilər. Müharibə belə qəribəliklərlə doludur...

-Cəbhə bölgəsində anestezioloq-reanimatoloq kimi işiniz nədən ibarət idi?

-Cərrahlar və anestezioloqlar arasında belə bir deyim var: cərrahiyyə sənət, anesteziologiya elmdir. Əslində, heç bir əməliyyatı anestezioloqsuz aparmaq düzgün deyil. Bu, çox dəqiqlik və incəlik, eyni zamanda, yüksək məsuliyyət tələb edən bir işdir. Cərrah yaralını qəbul edə, hətta bəzən əməliyyat da apara bilər. Lakin elə prosedurlar var ki, anestezioloq-reanimatoloqsuz keçinmək mümkün deyil. Birdən eyni vaxtda 60-70 yaralı gətirirdilər. Belə olanda seçim aparmalı olurduq. İlk növbədə, ən ağır vəziyyətdə olanları təcili əməliyyat masasına götürürdük. Bəzən yaralılar xəstəxanaya çatana qədər onlarda ürək dayanması baş verirdi. Bir dəfə xəstəxanaya çatdırılan yaralıların içərisində kliniki ölüm keçirən bir əsgər var idi. O, mədəsində olanları qaytardığından qusuntu kütlələri nəfəs yoluna dolmuşdu. Əlimi əsgərin ağzına salaraq təmizlədim, təcili olaraq onu süni nəfəs aparatına qoşduq, ürəyini masaj etdim, digər lazımi tibbi prosedurları yerinə yetirərək onu əməliyyat stoluna çıxardıq. Xoşbəxtlikdən həmin əsgər sağdı, yaşayır...

Bir deyil, iki deyil, çox belə misallar çəkə bilərəm. Amputasiya edilən əsgərlər var idi ki, döyüş meydanına qayıtmaq üçün bizdən protez tələb edirdi. Eləsi var idi ki, ayağına şina qoyulmasına baxmayaraq döyüşə getmək istəyirdi. Heç yadımdan çıxmaz, Asim Quliyev adlı bir döyüşçünün iki ayağı sınmışdı, lakin həmin vəziyyətdə dörd gün ac-susuz neytral zonadan sürünərək yol gəlmişdi.

-Dəhşətdir... həm də fədakarlıq...

- Yaralı döyüşçülər arasında yüksək partlayışdan barotravma alanlar çoxluq təşkil edirdi. Onlar yüksək təzyiqlə ətrafa çırpıldıqlarından görmə, eşitmə, kəllə-beyin travmaları alır, hematoma baş verir, hətta daxili qanaxmalar olurdu. Həmin vəziyyətdə olanlara dərhal tibbi yardım göstərmək, ağrıkəsici zərdablar vurmaq lazım idi. Bəzən hər şeyi dəqiqələr, saniyələr həll edirdi. Bir an gecikmək bir həyatı itirməyə bərabər idi...

Gecələr qaranlıqda işləmək məcburiyyətində idik, çünki düşmənlər işıq gələn yerləri atəşə tuturdular. Gecələr xəstəxananın da işıqları söndürülürdü. Süni tənəffüs aparatları, digər tibbi avadanlıqlar elektrikə qoşulu vəziyyətdə olsa da, reanimasiya şöbəsində telefon işığının altında işləyirdik.

-Bəs təchizat necə idi?

-İşğaldan azad olunmuş zonadan düşmənlərə məxsus tibbi çanta gətirmişdilər, içərisində ancaq yod və çürümüş bintdən başqa heç nə yox idi. Bizdə isə bu sahədə vəziyyət son dərəcədə yüksək idi. Hər şeylə tam təmin olunurduq: dərman, qan, plazma... Elə döyüşçülər olurdu ki, ona üç paket, yəni 900 milliqram qan, çoxlu plazma vururduq. Tibbi cəhətdən hər şey yüksək səviyyədə idi, heç nədən korluq çəkmirdik. Buna baxmayaraq, bəzən günlərlə ac-susuz qalırdıq. Ona görə yox ki, yemək yox idi, əvvəla, yaralıların əlindən baş qaşımağa macal olmurdu. Həm də əsgər ön cəbhədə ölümlə üzbəüz döyüşür, sənin yeyib-içdiyin boğazdan necə keçə bilər? Damar cərrahı İlqar Namazov səhər saat 9-da əməliyyat otağına girirdi, arada çıxıb əlcəyini dəyişib növbəti əməliyyata başlayırdı. Onun gün ərzində bir qurtum su içməyə də vaxtı yox idi. Gecə yarısına kimi fasiləsiz əməliyyat aparır, həyat xilas edirdi. Məhz həmin xəstəxanada Bakıdan ezam olunmuş anestezioloq Fazil Cəniyev, damar cərrahları İlham Budaqov, Rasim Quliyev kimi həkimlərin fədakarlığı sayəsində neçə-neçə əsgərin ayağı amputasiya olunmaqdan xilas oldu.

-Kəmalə xanım, 2020-ci ilin payızından yadınızda daha nələr qalıb?

-Xəstəxananın altında zirzəmi var idi və hərbi dövrün qaydalarına uyğun olaraq atışma vaxtı ora düşməli idik. Bir dəfə çox güclü atışma başladı, necə oldusa mən zirzəmiyə düşmək əvəzinə yuxarı mərtəbədəki reanimasiya şöbəsinə qalxdım. Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında işləyən reanimatoloq Elşən Əliyev var idi, ondan soruşdum: “həkim, siz aşağı düşmürsünüz”? Süni tənəffüs aparatına qoşulmuş yaralı əsgərləri göstərib dedi ki, bunları qoyub hara düşüm?

Diaqnostika Mərkəzinə giriş var idi. Təcili yardım maşınları gələndə hamımız xəstəxananın pəncərələrindən baxırdıq. İki yol var idi: biri xəstəxanaya, biri morqa gedirdi. Cəbhədən gələn maşın xəstəxanaya tərəf dönəndə hamımız sevinirdik ki, şükür sənə ilahi, yaralı gəlir. Mən bir dəfə o biri yola dönüb şəhid çadırına getdim. Kaş ki, getməyəydim! Çox dəhşətli, xatırlamaq, danışmaq çətin olan mənzərə idi...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH