Həsrət Cəfərov: Ümidvaram ki, Olimpiya çempionu olmaq arzum reallaşacaq
Bakı, 7 avqust, AZƏRTAC
Güləş həyatımın önəmli bir parçasına çevrilib. Günümün hər saatında güləş barədə düşünürəm. Hətta deyə bilərəm ki, bundan başqa həyatımda maraqlı bir şey yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Dünya Güləş Birliyinin mətbuat xidmətinə açıqlamasında deyib.
67 kiloqram çəki dərəcəsində yer alan idmançı Fransanın paytaxtına yollanmadan qabaq Olimpiya çempionları ilə söhbətləşdiyini bildirib: “Onlardan olimpiadanın ab-havası barədə məlumat aldım. Olimpiya çempionu olmağımı çox arzulayıram. Hətta bunu özüm də təsəvvürümə gətirə bilmirəm. Ümid edirəm ki, çempionluq arzum reallaşacaq”.
Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb. O, bu raundda Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibovla qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]