Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Naxçıvan, 17 iyun, AZƏRTAC

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

Ali Məclisin Sədri kursantları salamlayıb.

Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini ifa ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 19-cu buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri və tədbir iştirakçılarını təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev gənclərin hərb sənətinə yiyələnməsi vacibliyini önə çəkərək deyirdi: “Gəncləri hərbi məktəblərə daxil olmaq və Silahlı Qüvvələrimizin zabit korpusunda xidmət etmək üçün hazırlamaq qarşımızda duran ən mühüm vəzifədir”. Ötən əsrin 70-ci illərində Ulu Öndər tərəfindən ölkəmizdə ilk hərbi məktəbin yaradılması müstəqillik bərpa edildikdən sonra milli ordumuzun komandan-zabit heyətini formalaşdırmış, 1998-ci ildə dahi şəxsiyyətin Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının təşkil olunması isə blokada şəraitində yerləşən muxtar respublikanın müdafiə təhlükəsizliyinə töhfə vermişdir.

Ali Məclisin Sədri deyib: Böyük uzaqgörənliklə qəbul olunmuş bu qərarın tarixi əhəmiyyəti zaman keçdikcə öz təsdiqini tapmış, ölkə Prezidentinin Sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün 375 kursant təhsil alır. Builki məzunlar da nəzərə alınmaqla ötən dövrdə hərbi liseyi 3 mindən artıq kursant bitirərək ölkəmizdə və xaricdə ali hərbi məktəblərə qəbul olmuşdur. Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu, bizi qürurlandırır. Ölkəmizin gələcək zabitlərini hazırlayan Heydər Əliyev adına Hərbi Liseylə fəxr edirik!

Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: Ordu o zaman güclü olur ki, onun peşəkar komandan-zabit heyəti olsun. Azərbaycan dövləti hərbi təhsil müəssisələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradır, zabit hazırlığına diqqəti artırır. Qalır bu imkanlardan səmərəli istifadə etmək. Hər bir kursant istər hərbi liseydə, istərsə də ali hərbi məktəblərdə təhsil aldığı dövrdə hərb sənətini dərindən öyrənməli, daim öz üzərində işləməli, gələcəyin zabiti kimi yetişməlidir. Zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir. Zabit adının məsuliyyəti daha böyükdür. Bu peşəni seçən hər bir gənc, ilk növbədə, Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir.

Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri müasir maddi-texniki təminata, döyüş texnikalarına və silahlara malikdir. Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında hərbi qulluqçuların xidməti və yaşayış şəraiti üçün ardıcıl tədbirlər görülür. Yeni hərbi hissələr, xidməti yaşayış kompleksləri istifadəyə verilir. Ona görə də gələcəyin zabiti olacaq gənclər məsuliyyətlərini daha da artırmalı, müasir döyüş texnikalarından və silahlardan istifadə vərdişlərinə mükəmməl yiyələnməli, Ümummilli Liderimizin ideyalarına və Ali Baş Komandanımıza daim sədaqətli olmalıdırlar. Müstəqil Azərbaycanın zabiti adını daşımağın şərəfi də məhz bundan ibarətdir.

Ali Məclisin Sədri bir daha buraxılış münasibətilə kursantları təbrik edib, qarşıya qoyulan vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulayıb.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Məhəmməd Həsənov buraxılış mərasimində iştirakına görə Ali Məclisin Sədrinə liseyin kollektivi adından hörmət və ehtiramlarını bildirərək deyib: Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Görülən işlər sırasında ixtisaslı hərbçi kadrların hazırlanması xüsusi yer tutur. Heydər Əliyev adına Hərbi Liseyin yaranması, keçdiyi inkişaf yolu və malik olduğu müasir təlim-tədris bazası bunu bir daha təsdiq edir. Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Cari dərs ilində kursantların fiziki və mənəvi-psixoloji hazırlığı diqqətdə saxlanılıb, onlar il ərzində keçirilən beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarında iştirak edərək layiqli yerlər tutublar.

Valideyn Sara Qurbanova çıxış edərək deyib: Bu gün bir valideyn kimi qürur duyuram. Çünki övladım Heydər Əliyev adına Hərbi Liseyi bitirərək ali hərbi məktəbə qəbul olub. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Cəmiyyətdə hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq Vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən qiymətlidir”. Bu gün Heydər Əliyev adına Hərbi Liseydə yüzlərlə gənc təhsil alır, milli və hərbi vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Xoşbəxtəm ki, mənim övladım da bu şərəfli peşəni seçib. Valideyn olaraq kursantlara arzum budur ki, gələcəkdə Vətənin keşiyində mərdliklə dayansınlar. İstər ali hərbi məktəblərdə təhsil aldıqları, istərsə də Silahlı Qüvvələrdə xidmət etdikləri dövrdə göstərilən etimadı şərəfli xidmətlə doğrultsunlar. Heydər Əliyev adına Hərbi Lisey Ali Məclis Sədrinin təşəbbüsü ilə yaranıb, diqqət və qayğısı ilə əhatə olunub, inkişaf edərək mətinlik məktəbinə çevrilib. Liseydə övladlarımızın təhsili, yaşayışı və vətənpərvər ruhda böyüdülməsi üçün hərtərəfli şərait var. Göstərilən qayğı bütün valideynlər tərəfindən razılıq və minnətdarlıqla qarşılanır.

Heydər Əliyev adına Hərbi Liseyin məzun kursantı Kərim Ələkbərov çıxış edərək deyib: “Bu gün biz kursantların həyatında olduqca əlamətdardır. Çünki ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Hərbi Liseyi bitirib Ali Hərbi Məktəbə qəbul olmuşuq. Heydər Əliyev adına Hərbi Liseydə aldığımız yüksək təhsil zabit arzumuzu reallaşdırdı. Biz Azərbaycan Ordusunun gələcək zabitləriyik. Gələcəkdə doğma Azərbaycanımızın hansı guşəsində xidmət etməyimizdən asılı olmayaraq məzunu olduğumuz Heydər Əliyev adına Hərbi Liseyin adını yüksək tutacaq, göstərilən etimadı doğruldacaq, Ali Baş Komandanımızın əmrinə hər an hazır olacağıq”. Məzun olan və təhsil alan kursantlar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirən Kərim Ələkbərov söz verib ki, qarşıdakı təhsil illərində göstərilən yüksək etimadı doğruldacaqlar.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Ədib Əliyev təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub.

Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb