HEYDƏR ƏLİYEV ADINA MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKI YENİDƏN QURULMUŞDUR
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, parkın ümumi sahəsi daha 2 hektar genişləndirilməklə 6 hektara çatdırılmış, səkilərə 3 min kvadratmetr tamet piltələri döşənmiş, işıqlandırma vasitələri təzələnmiş, şəlalə və fəvvarələr quraşdırılmış, oturacaqlar qoyulmuş, bir sıra xidmət obyektləri açılmış, əlavə olaraq xeyli dekorativ ağaclar və gül kolları əkilmişdir. Yerli sakinlər onların istirahətinin təşkilinə göstərilmiş qayğıdan razı qalmışlar.