Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVANIN ÇIXIŞI

- Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

“Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda keçirilən beynəlxalq konfransın bütün iştirakçılarını ürəkdən salamlayıram. Sizi Heydər Əliyev Fondunda görməyə çox şadam.

Əminəm ki, konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn qonaqların qədim Azərbaycan torpağı ilə tanışlığı unudulmaz olacaq, konfrans çox səmərəli keçəcək və gələcək əməkdaşlığımıza güclü təkan verəcəkdir.

Heydər Əliyev Fondu yarandığı ilk gündən qarşısına çox mühüm vəzifələr qoymuşdur. Sosial problemlərin həlli, cəmiyyətimizin ən zəif təbəqələrinə yardımla yanaşı, tarixi, mədəni, mənəvi irsimizin qorunub saxlanılması, ona dərin hörmətlə yanaşma Fondun ən vacib məqsədlərindən biridir.

Fəaliyyət göstərdiyi iki il ərzində Fond təhsil, səhiyyə, elm və texnologiya, beynəlxalq əməkdaşlıq sahəsində mühüm layihələr həyata keçirmiş, bir çox uğurlar əldə etmişdir. Konfrans iştirakçılarına Fondun fəaliyyətini əks etdirən kitab təqdim olunacaqdır. Ona görə mən yalnız səhiyyə sektorunda görülən bəzi layihələr barəsində məlumat vermək istərdim. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində respublikamızda 14 yaşınadək olan və bu xəstəlikdən əziyyət çəkən uşaqların tibbi preparatla təmin edilməsi həyata keçirilmiş, eyni zamanda, cəmiyyətimizin diqqətini bu problemə cəlb etməyə, insanlara müxtəlif cür kömək göstərilməsinə çalışırıq. “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində ölkəmizdə müasir Talassemiya diaqnostika və müalicə mərkəzinin yaradılması nəzərdə tutulub və artıq inşaat işləri başlanmışdır.

Səhiyyə sektorunda həyata keçirilən layihələrdə dünya təcrübəsini öyrənib istifadə etmək üçün Fond beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir.

Biz müxtəlif ölkələri, xalqları, dinləri, təmsil edən insanların dialoqunu beynəlxalq əməkdaşlığın qurulmasında ən optimal yol hesab edirik və bu sahədə keçirilən tədbirlərin sayı getdikcə artır.

Bu ilin aprelində Latın Akademiyası ilə birgə “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda keçirilən beynəlxalq konfransı qeyd etmək olar. Hər bir belə tədbir mühüm elmi nəticələr verməklə yanaşı, ölkəmizi dünyada olduğu kimi tanıdır, bu gün Azərbaycanda olan yeniləşməni, inkişafı, reallıqları göstərir.

Əziz dostlar!

Heydər Əliyev Fondunun milli-mədəni irsimizin qorunub saxlanılması, qədim mədəniyyət və tariximizin dünyada təbliği istiqamətində gördüyü işlərə YUNESKO tərəfindən böyük maraq göstərilir və dəstək verilir. Son illər biz dünyada böyük nüfuza malik olan təşkilatlarla çox səmərəli əməkdaşlıq edirik və bugünkü konfransı da Heydər Əliyev Fondu və YUNESKO arasındakı əməkdaşlığın növbəti mərhələsi kimi qiymətləndiririk. Azərbaycanda saxlanılan tibbə dair 3 nadir əlyazma 2005-ci ilin iyulunda YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq registrinə daxil edilmişdir.

Mən fərəh hissi ilə qeyd etmək istərdim ki, Dünya Yaddaşı Proqramına yalnız ayrı-ayrı dövlətlər və xalqlar üçün deyil, ümumilikdə bəşəriyyət üçün əhəmiyyət daşıyan yazılı abidələr daxil edilir və cəmi 120 nadir əlyazmanın daxil edildiyi bu proqramda, artıq Azərbaycana məxsus 3 əlyazma da var.

Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda hazırda XII-XIV əsrlərə aid olan 12 minə yaxın əlyazma saxlanılır. Xalqımızın milli sərvəti hesab etdiyimiz bu əlyazmalar tariximizin və mədəniyyətimizin ayrılmaz bir hissəsidir.

Tibb elminə aid olan 3 nadir əlyazmamıza YUNESKO tərəfindən bu cür yüksək qiymət verilməsi, onların qədim yazılı abidə olması ilə yanaşı, həm də orta əsrlərdə Azərbaycanda tibb elminin yüksək inkişaf səviyyəsinə çatmasının göstəricisidir.

Biz bu gün texnika və yüksək texnologiyalar əsrində yaşayırıq. Ümumiyyətlə, elm və xüsusilə tibb elmi XX əsrdə inanılmaz kəşflər və qələbələr əldə edibdir. Tibb elmində bir sıra yeni istiqamətlər aşkar olunub və bu da insan ömrünün uzadılmasına xidmət edir.

Eyni zamanda, tarixin qaranlıq qalmış səhifələri çoxdur. Elm sübut edir ki, bütün kəşflər və yeniliklərin kökündə əsrlər boyu yoxlanılmış və təsdiqlənmiş həqiqətlərin toplusu durur. Bu toplunun əsasını isə əsrdən-əsrə, nəsildən-nəslə keçərək, bizim dövrümüzədək gəlib çatmış qədim əlyazmalar təşkil edir. Bu əlyazmaların hər biri ayrı-ayrı dövrlərin, bizim ümumi tariximizin və mədəniyyətimizin məhsuludur. Ona görə də, onların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün biz məsuliyyət daşıyırıq.

Məhz bu nöqteyi-nəzərdən Heydər Əliyev Fondu və Vaşinqton Elmlər Akademiyası Bakı şəhərində “Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq konfransın təşkil edilməsini qərara almışdır.

Çıxışımın sonunda mən bir daha bütün qonaqlarımızı zəngin tarixə malik olan Azərbaycan torpağında salamlayıram və konfransın işinə uğurlar arzulayıram.

İndi isə sizi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Yaşayan tarix” filminə tamaşa etməyə dəvət edirəm.

X X X

Film Azərbaycan tarixi, mədəniyyəti, abidələri, eləcə də bunların qorunub saxlanmasına Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi ardıcıl diqqət və qayğı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsinə verdiyi töhfələr, qurumun beynəlxalq əlaqələri barədə geniş təsəvvür yaradır. Xüsusilə ölkəmizdə xalq təbabətinin qədim tarixi, ənənələri, Azıx mağarasından tapılan əşyalar, Qəbələ, Təbriz, Şamaxıda VII-XIV əsrlərdə mövcud olan əczaxanalar, tibb məktəbləri, alim-həkimlər, Azərbaycanın flora və faunası, dərman bitkiləri, onlardan istifadə qaydaları, mineral ehtiyatları barədə verilən elmi-tarixi məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.

MEHRİBAN XANIM ƏLİYEVA: Hörmətli qonaqlar! Mən bayaq çıxışımda qeyd etdim ki, Heydər Əliyev Fondu son illər YUNESKO ilə çox sıx əməkdaşlıq edir. Mən çox şadam ki, YUNESKO-nun baş direktoru Koişiro Matsuura konfrans iştirakçılarına təbrik məktubu ünvanlayıbdır. Məktubu oxumaq üçün söz YUNESKO-nu konfransda təmsil edən Əbdüləziz Abidə verilir.

ƏBDÜLƏZİZ ABİD: Çox sağ olun. Bugünkü bu mühüm konfransda sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir. Mən YUNESKO-nun baş direktorunun məktubunu oxumaq istəyirəm. O, bu beynəlxalq konfransa gələ bilmədiyi üçün təəssüfləndiyini bildirir və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı kimi Mehriban Əliyevanın gördüyü işləri yüksək qiymətləndirir. Mən xüsusi məmnunluq hissi ilə ona YUNESKO-nun adından minnətdarlığımı bildirmək istəyirəm və indi burada söylədiyi xoş sözlərə görə təşəkkür edirəm. İcazənizlə, məktubu oxuyuram:

“Tibb elminə və əczaçılığa həsr olunmuş bu birinci beynəlxalq konfrans yazılı irsin qorunmasının vacibliyini diqqətə çatdırmaq üçün mühüm fürsətdir. Bu bizə qədim ənənəvi üsullarla, həm də müasir informasiya texnologiyaları vasitəsilə əlyazmaları qoruyub saxlamaq üçün imkan verir. Bu günlər biz Azərbaycanın zəngin əlyazmalar irsinin ən mühüm hissəsinin Dünya Yaddaşı Proqramına daxil olunmasını qeyd edirik. Biz bilirik ki. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalar Dünya Yaddaşı Proqramının mühüm məqsədinə xidmət edən vacib sənədlərdir. Bu sənədlərin dünya yaddaşı siyahısına salınması barədə qərar beynəlxalq məşvərət komitəsinin 2005-ci il iyunun 13-15-də Çində keçirilmiş 7-ci iclasında qəbul edilmişdir. Həmin iclasın iştirakçıları Cürcani, İbn Sina və Əbu əl-Qasım əl-Zəhrəviyə məxsus bu nadir yazıların çox vacib və qiymətli olduğunu vurğulamış və bildirmişlər ki, bu əlyazmaların siyahıya daxil edilməsi dünyada tibb elminin inkişafına Azərbaycanın töhfəsini bütün dünyaya nümayiş etdirəcəkdir.

Sizin zəngin tarixiniz nəticəsində formalaşmış bu yazıların siyahıya daxil edilməsi böyük işin başlanğıcıdır.

Əfsuslar olsun ki, bir sıra ölkələr belə nadir əlyazmaları lazımi səviyyədə saxlaya bilmir. Bu, müxtəlif səbəblərdən, məsələn, təsadüfən və ya bilərəkdən kitabxanaların, arxivlərin dağılmasından və ya tarixi irsə biganə münasibətdən irəli gəlir. Buna görə də YUNESKO bəşəriyyət adından çıxış edərək, bu cür mühüm əlyazmaların qorunub saxlanması üçün çalışır.

Qarşımızda çox böyük vəzifələr durur. YUNESKO və digər qeyri-hökumət təşkilatları, beynəlxalq, milli və özəl qurumlar bütün qüvvələrini bu problemin aradan qaldırılmasına sərf etməlidirlər.

YUNESKO hazırda dünya irsinin beynəlxalq səviyyədə qorunmasının təşviq olunmasına xüsusi çalışır. Dünya mədəni abidələrinin qorunması YUNESKO-nun daim diqqət mərkəzindədir. Əlyazmaların vəziyyəti bir çox ölkələrdə qənaətbəxş deyildir. Odur ki, bu yazıların dünya yaddaşı siyahısına daxil edilməsi onların qorunmasına xüsusi diqqət yetirilməsindən xəbər verir.

YUNESKO audio-vizual və rəqəmsal arxivlər sahəsində mühüm proqram həyata keçirir. Fikrimizcə, müasir üsullarla saxlanılan sənədlər təhlükələrlə üzləşir. Biz bütün alimləri və siyasətçiləri bu məsələdən xəbərdar olmağa çağırırıq. Dünya Yaddaşı Proqramı inkişaf edən ölkələrdə əlyazmaların qorunub saxlanmasını yüksək qiymətləndirir. Bu proqram təhsil və tədqiqatlar sahəsinə diqqəti yönəltməklə mühüm əlyazmaların qorunması üçün yeni imkanlar açır. Proqramın maliyyələşdirilməsinə gəldikdə, bildirmək istərdim ki, YUNESKO-nun bu proqramı tam maliyyələşdirməyə imkanı yoxdur. Buna görə də konfrans iştirakçılarının diqqətini bu məsələlərə cəlb etmək istəyirəm, siz bu məsələlərə xüsusi önəm yetirməlisiniz”.

Sonra Vaşinqton Elmlər Akademiyasının vitse-prezidenti, Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin baş katibi Alen Tuveyd çıxış etdi. O dedi:

- Xanım sədr, çox sağ olun. Hörmətli həmkarlar, xanımlar və cənablar!

Sizi Ümumdünya Tibb Tarixçiləri Cəmiyyəti adından salamlayıram.

Biz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla əvvəllər də əməkdaşlıq etmişik.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu konfransda iştirakı onun bu tədbirə böyük əhəmiyyət verdiyini göstərir. Burada iştirak etməsinə və xüsusi qayğısına görə ona dərin minnətdarlığımı bildirirəm.

Mən burada YUNESKO-nun bu işə verdiyi əhəmiyyət barədə deyilən sözləri dinlədim və hesab edirəm ki, Azərbaycanın 3 nadir əlyazmasının Dünya Yaddaşı Proqramının siyahısına daxil edilməsi əlamətdar hadisədir. Biz yazılı tarixi irsin qorunub saxlanması və təşviq olunmasına diqqətlə yanaşmalıyıq. Zənnimcə, Azərbaycanda bu cür tədbirin keçirilməsi ölkənin rəhbərliyinin bu istiqamətə, bu sahəyə xüsusi önəm verdiyini göstərir. Konfrans bu sənədlərin YUNESKO ilə əməkdaşlıq çərçivəsində təbliğinə və onlara marağın artmasına xidmət edəcəkdir. Bu, sadəcə tarixi və ya arxeoloji iş deyildir. Biz hamımız bu sahədə səylərimizi birləşdirməliyik və bütün cəmiyyət bu əlyazmalar barədə məlumatlandırılmalı və onların qorunub saxlanmasında iştirak etməlidir. Bu sahədə müasir texnologiyalardan da istifadə edilməlidir. Bu tarixi sənədlər ölü bir sənəd kimi qəbul edilməməlidir. Tarixçilər bu əlyazmaları müəyyən kataloqlara daxil edərək, onlar barədə məlumatları cəmiyyətə çatdırırlar. Lakin bu, işin bir hissəsidir. Digər sahələrdə çalışan alimlər də bu işə öz töhfələrini verməlidirlər.

Zənnimcə, bu konfrans çox səmərəli olacaqdır. Artıq indidən konfrans iştirakçılarının bu tədbirə maraqla yanaşdıqlarını hiss edirəm. Buna görə də YUNESKO-nun nümayəndəsinə və doktor Mehriban xanım Əliyevaya bildirmək istəyirəm ki, mən üzvü olduğum qurumu burada təmsil etməkdən qürur duyuram və eyni zamanda, sizə əməkdaşlıq təklif etmək istəyirəm. Sizin birgə tədqiqat proqramlarında iştirak etmək istəyirəm. Bu, qədim yazıların qorunub saxlanmasına yönəldilmiş çox vacib işdir və bu baxımdan biz bütün vasitələrdən – müasir texnologiyalardan, internetdən istifadə etməklə bunu yaymağa, öz təhlillərimizi aparmağa, tövsiyələrimizi verməyə və daha çox insanların, elmi işçilərin bu işə cəlb olunmasına çalışmalıyıq. Hesab edirəm ki, Heydər Əliyev Fondu ilə belə əməkdaşlıq tibb sahəsində tədqiqat proqramına nümunə ola bilər. Zənnimcə, digər ölkələrdə fəaliyyət göstərən qurumlar da bizimlə əməkdaşlıq edə bilər. Əgər belə bir işbirliyi alınarsa, əsrlərdən qalmış nadir yazıların bəşəriyyətin inkişafında vacib rol oynamasına nail ola biləcəyik.

Bu konfrans gələcək əməkdaşlıq proqramlarının əsasını qoyacaqdır. Mən bütün konfrans iştirakçılarına, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasına, cənab Fərid Ələkbərova, YUNESKO-ya, bütün iştirakçılara öz minnətdarlığımı bildirmək istəyirəm.

Mən böyük iftixar hissi ilə xanım Mehriban Əliyevaya Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin diplomunu təqdim edirəm.

Fondun yardımı və köməyi olmasaydı, bu konfrans da mümkün olmazdı. Mən ümidvaram ki, konfrans və Heydər Əliyev Fondu bu istiqamətdə işləri davam etdirəcəkdir.

Bir daha sizin hamınıza minnətdarlığımı bildirir və uğurlar arzulayıram.

Sonra Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin prezidenti AFANASİOS DİAMANDOPOULOS çıxış edərək dedi:

- Hörmətli xanım Mehriban Əliyeva, konfrans iştirakçıları, hamınızı səmimi qəlbdən salamlamaq istəyirəm və məni buraya dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm.

Mənim buraya gəlməyimin iki əsas səbəbi var idi. Burada böyük bir cəmiyyəti təmsil etmək və ölkənizdə səfərdə olmaq mənim üçün şərəfdir. Əminəm ki, siz hamınız bu konfransdan bəhrələnəcəksiniz.

İkinci səbəb təsisatla bağlıdır. Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin prezidenti kimi bu proqram məni çox ruhlandırdı. Çünki siz burada tibbə dair əlyazmaları araşdırırsınızsa, tibb tarixinin bununla birbaşa əlaqəsi vardır və mən bu konfransın iştirakçıları qarşısında çıxış etmək imkanı yaranmasından çox şad oldum.

Bizim cəmiyyət də bu sahədə bir çox işlər görmüşdür. Biz Qərb ilə Şərq arasındakı sərhədləri keçərək, dünyanın müxtəlif ölkələrinin tarixi sənədləri ilə tanış olmaq imkanı əldə etmişik.

Dünya əhalisinin 70 faizi Asiyada yaşayır. Onların əksəriyyəti səfalət və yoxsulluq içindədir. Bu səbəbdən də onlar öz yazılı tarixi abidələrinin qorunub saxlanmasını təmin etmək imkanlarına malik deyillər. Buna görə də ətrafa baxıb, kimin bizə nümunə ola biləcəyini axtarmalıyıq. Azərbaycanı misal gətirmək olar. Çünki Azərbaycan hələ qədimdən alimləri, tibbi araşdırmaları ilə tanınmışdır. Bu baxımdan tədbirin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm.

Mən bu regionun bir çox ölkələrində olmuşam, bir çox toplantılarda iştirak etmişəm. Lakin Azərbaycanın gördüyü iş məni çox fərəhləndirir və sizin ölkənizdə olmağıma çox şadam.

Diqqətinizə görə çox sağ olun.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti MAHMUD KƏRİMOVA söz verildi. O dedi:

- Hörmətli Mehriban xanım!

Hörmətli konfrans iştirakçıları, xanımlar və cənablar!

Heydər Əliyev Fondu ilə Vaşinqton Elmlər Akademiyası tərəfindən təşkil edilmiş bu beynəlxalq konfransın iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyəti adından ürəkdən salamlayır, konfransın səmərəli və uğurla keçməsini arzu edirəm.

Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səmərəli səyləri nəticəsində Bakıda ilk dəfə olaraq, qədim tibb və əczaçılıq üzrə beynəlxalq konfrans keçirilir. Bu konfransa dünyanın 20-dən çox ölkəsindən nümayəndələr, tanınmış alimlər gəlmişdir.

Burada bir çox beynəlxalq və milli təşkilatların nümayəndələri iştirak edirlər. Məsələn: YUNESKO, Ümümdünya Tibb Tarixçiləri Cəmiyyəti, İngiltərə Tibb Tarixi Cəmiyyəti, Türkiyə Tibb Tarixi Cəmiyyəti, Azərbaycan Tibb Tarixçiləri Birliyi, Vaşinqton Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Əczaçılıq Tarixi Cəmiyyəti, Beynəlxalq İslam Təbabəti Cəmiyyəti və bir çox başqa qurumlar təmsil olunur.

Konfrans çox mühüm bir hadisəyə həsr edilmişdir. Keçən il Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan orta əsr tibb əlyazmaları kolleksiyası YUNESKO-nun Dünya Yaddaşı Proqramına daxil edilmişdir.

Bu əlamətdar hadisəni qeyd etmək üçün Heydər Əliyev Fondu və Vaşinqton Elmlər Akademiyası Bakıda “Orta əsr əlyazmalarında ənənəvi tibb və əczaçılıq” adlı beynəlxalq konfrans təşkil etdilər.

Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti var. Bizə gəlib çatmış qədim əlyazmalar bunu tam aydınlığı ilə sübut edir. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda 11 mindən çox qədim əlyazma qorunur. Onlar müxtəlif zamanlarda, müxtəlif dillərdə, müxtəlif müəlliflər tərəfindən yazılmışdır. Bu əlyazmaların arasında şeir və nəsr əsərləri, eləcə də müxtəlif mövzularda kitablar vardır. O cümlədən tibb və əczaçılığa aid 360-dan çox əlyazma qorunur.

YUNESKO bu əlyazmalardan üçünü seçib dünya yaddaşı siyahısına daxil etdi. Bunlar Əbu Əli İbn Sinanın, Əbülqasim Zəhrəvinin və Rüstəm Cürcaninin əsərlərinin əlyazmalarıdır.

Bu üç əlyazma, həqiqətən də, ümumdünya əhəmiyyəti kəsb edir. Məsələn, İbn Sinanın Azərbaycanda qorunan əsəri onun dünyada mövcud olan ən qədim əlyazmalarından biridir. Zəhrəvinin əlyazmasında yüzlərcə cərrahiyyə aləti təsvir edilmişdir. Rüstəm Cürcaninin əlyazması isə, ümumiyyətlə, Azərbaycandan başqa heç yerdə yoxdur.

Ümid edirəm ki, bu üç əlyazmanın dünya yaddaşı siyahısına salınması Azərbaycan əlyazmalarının dünyada tanınması istiqamətində atılmış ilk addımdır və gələcəkdə başqa qiymətli əlyazmalarımız da bu siyahıda yer alacaqdır.

Qədim Azərbaycan təbabəti və əczaçılığının çoxəsrlik irsini araşdırmaq və müasir tibb elminin istifadəsinə qaytarmaq alimlərimizin vacib vəzifələrindən biridir. Hazırkı konfrans bu istiqamətdə atılmış mühüm addımlardan biridir. İndi öz tariximizə yeni gözlə baxdığımız, elmi və mədəni dəyərlərimizin qaynaqlarını daha obyektiv meyarlarla araşdırmağa başladığımız bir vaxtda bugünkü konfrans sanki bizim zəngin keçmişimizə açılan pəncərədir.

Mən bir daha konfrans iştirakçılarını salamlayır, konfransın faydalı, səmərəli keçməsini arzulayıram.

Sonda konfransı təşkil edən Heydər Əliyev Fonduna və Vaşinqton Elmlər Akademiyasına dərin təşəkkürümü bildirirəm.

Sonra YUNESKO-nun İnformasiya cəmiyyəti bölməsinin direktoru ƏBDÜLƏZİZ ABİD çıxış edərək dedi:

- Çox sağ olun, Mehriban xanım!

Bu konfrans sizin bu sahəyə verdiyiniz əhəmiyyətin bariz nümunəsidir. Mən sizə məlumat vermək istəyirəm ki, Dünya Yaddaşı Proqramı YUNESKO-nun dünyanın bütün xalqlarının irsinin qorunması sahəsində həyata keçirdiyi dünyamiqyaslı bir proqramdır. Bizim işimiz bununla bitmir. Bu proqramın uğurlu olması üçün işlərimizi davam etdirməliyik. Bu proqram 1992-ci ildən gerçəkləşdirilir. Təbii fəlakətlər, müharibələr və münaqişələr nəticəsində bir çox mühüm tarixi sənədlər məhv olmuşdur. Lakin bu proqramın həyata keçirilməsi sayəsində qiymətli əlyazmalar rəqəmsal formata keçirilmişdir.

Proqramın iki əsas məqsədi var. Birincisi, ən müasir texnologiyalardan istifadə etməklə bu yazıları qorumaq və onları gələcək nəsillərə ötürmək.

İkinci məqsədimiz müasir texnologiyalar vasitəsilə bu sənədə çıxışı təmin etməkdir. Proqramın digər elementi YUNESKO-nun üzvü olan ölkələr arasında bu yazılı tarixi abidələr haqqında təşviqat kampaniyası aparmaq və insanları daha çox məlumatlandırmaqdır.

Proqramımız çox genişdir və biz tərəfdaşlarımızı, alimləri, jurnalistləri, tələbələri bu işə səfərbər edirik.

YUNESKO-nun Beynəlxalq məşvərət komitəsi artıq yeddi görüş keçirmişdir. Bu yaxınlarda keçirilmiş 7-ci iclasda bildirilmişdir ki, çox ölkələrdəki tarixi sənədlər müasir texnologiyalar vasitəsilə yazılmalı və ümumdünya mübadilə proqramına daxil edilməlidir.

Beynəlxalq məşvərət komitəsi 69 ölkədə öz ofisini açmışdır. Əminəm kİ, Azərbaycanda da komitənin ofisi açılacaqdır. Komitənin əsas məqsədi YUNESKO-nun üzvü olan ölkələrə mədəni və tarixi irsin qorunması sahəsində öz tövsiyələrini verməkdir. Biz bu yaxınlarda Asiya və Sakit okean regionu, habelə Latın Amerikası və Karib dənizi ölkələrində regional layihələrin reallaşdırılması üçün bir sıra tədbirlər keçirmişik. Onlardan öz tarixi sənədlərini beynəlxalq siyahıya təqdim etmələri xahiş olunmuşdur. Bu siyahı üç hissədən ibarətdir. Sənədlərin siyahıya salınması onların təşviq olunmasına xidmət edir. Sənədlər məşvərət komitəsinin iclasının qərarı əsasında beynəlxalq siyahıya salınır. Bu, YUNESKO-nun mədəni irsin qorunması ilə bağlı digər proqramlarına bənzəyir. Hazırda beynəlxalq siyahıya 77 ölkədən tibb elminə və əczaçılığa aid 120 çox mühüm əlyazma daxil edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası da bu sahəyə öz töhfəsini vermişdir. Hazırda Azərbaycanda ən mühüm əlyazmalardan ibarət milli registrin yaradılmasına başlanmışdır. Biz bunu çox yüksək dəyərləndiririk. Bu siyahıların tərtib olunması tarixi sənədlərin qorunub saxlanmasına böyük əhəmiyyət verildiyini göstərir.

Dünya Yaddaşı Proqramına təqdim olunan sənədlər müxtəlif meyarlar baxımından öyrənilir və sonra məşvərət komitəsi tərəfindən nəzərdən keçirilir. Siyahı olduqca mühüm siyahıdır və hər hansı sənədin oraya daxil edilməsi o qədər də asan prosedura deyildir. Bu proqram bir sıra pilot layihələrlə başlanmışdır və bunlardan əsas məqsəd sənədlərin saxlanmasının müasir və ənənəvi metodlarının öyrənilməsi, onların veb-saytlara çıxarılması, dərc olunması yollarının araşdırılmasıdır. Bir çox sahələrdə proqramlarımız var. Məsələn, 6-7 il bundan əvvəl Praqada əlyazmalar rəqəmsal formata salınmışdır. Hazırda orada 30 min tarixi əlyazması rəqəmsal formada saxlanılır.

Digər layihəni Yəməndə həyata keçirmişik. Bu layihə çərçivəsində müqəddəs Quranın əlyazmasının müasir üsullarla qorunub saxlanmasına yönəldilmişdi. İstanbul Universitetində də mühüm layihə həyata keçirmişik. Burada da əlyazmaların saxlanması üsulları müzakirə edilmişdir.

Qahirədə İslam dininə aid sənədlərin qorunub saxlanması ilə əlaqədar layihə həyata keçirmişik. Bu sənədlər kompakt disklərə köçürülmüş və çox yüksək keyfiyyətlə arxivləşdirilmişdir. Bu sənədlərdə islam alimlərinin tibb sahəsinə töhfələri əksini tapmışdır.

Hindistanın Mədrəs şəhərindəki institutda da bir layihə həyata keçirmişik. Oradakı sənədlərdə otlarla ənənəvi müalicə üsulları göstərilir. Özbəkistanda Əl-Biruni institutunda saxlanılan XIV-XVII əsrlərə aid əlyazmalarla bağlı layihə həyata keçirilmişdir.

Sonda demək istəyirəm ki, bir çox proqramlar var, biz onlar üzərində daim işləyirik. Bu sahədə həyata keçirilən layihələri əvvəlcə texniki komitəyə təqdim etmək lazımdır.

YUNESKO-nun üzvü olan ölkələrdən xahiş edirik ki, öz fikirlərini təqdim etsinlər. YUNESKO beynəlxalq siyahının tərtib edilməsi üçün xüsusi vəsait ayırmışdır.

Sonda sizin hamınızı YUNESKO-ya yardım etməyə çağırıram. Çünki YUNESKO ümumbəşəri, tarixi əlyazmaların qorunmasına çalışır və bu sahədə mübarizə aparır.

Diqqətinizə görə çox sağ olun.

MEHRİBAN ƏLİYEVA: Çox sağ olun, cənab Abid!

- Əziz dostlar! Bununla da bizim konfransın açılış mərasimi başa çatır. Konfrans iyunun 13-14-də öz işini davam etdirəcəkdir.

Mən qeyd etmək istəyirəm ki, konfrans təkcə Bakı şəhərində keçirilmir, iyunun 14-də Yevlax şəhərində də davam edəcəkdir. Hesab edirəm ki, bu çox yaxşı haldır, çünki qonaqlarımız regionlarla, bölgələrlə də tanış olacaqlar.

Bir daha bütün qonaqlarımızı salamlayır, sizə cansağlığı arzulayıram, konfransa uğurlar arzulayıram. Sonda bir də qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondu bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq və hazır olan bir təşkilatdır.

Çox sağ olun.

X X X

Konfrans iştirakçıları Fondun foyesində Heydər Əliyev Fondunun layihələri çərçivəsində çapdan buraxılmış ayrı-ayrı nəşrlərlə, Azərbaycan mədəniyyəti və tarixinə həsr edilmiş audio-video albomlar, dərs vəsaitləri, məktəb ləvazimatları, musiqi disklər ilə də tanış oldular.

Qonaqlar həmçinin Bakının görməli yerləri, tarixi, memarlıq, mədəniyyət abidələri ilə tanış olmaq, klassik muğam musiqisini dinləmək imkanı da əldə etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb