Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev milli dirçəlişin və Azərbaycan ideologiyasının inkişafının təməli olan ideyanın banisidir

Heydər Əliyev milli dirçəlişin və Azərbaycan ideologiyasının inkişafının təməli olan ideyanın banisidir

Moskva, 12 may, AZƏRTAC

Rusiyada çıxan gündəlik “Novıye izvestiya” qəzetində beynəlxalq mövzularda yazan jurnalist Vladimir Suxoyun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Müasir Azərbaycanın memarı” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC həmin məqaləni bəzi ixtisarlarla təqdim edir.

X X X

Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı. Məhz onun ölkənin rəhbərliyinə gəlişindən sonra Azərbaycanda iqtisadiyyatın, dövlət quruluşunun və ictimai həyatın əsaslı şəkildə modernləşdirilməsi prosesi başlayıb. 

Heydər Əliyev Azərbaycanda hakimiyyətə ölkənin vətəndaş müharibəsi və tam parçalanmaq həddində olduğu çox mürəkkəb bir dövrdə gəlib. Burada Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə hansı şəraitdə qayıtdığını bir daha xatırlatmaq lazımdır. Həmin dövrdə o, doğma yurdu Naxçıvanına gedir. Amma H.Əliyevi əvvəlcə bu muxtar respublikanın parlamentinin başçısı seçirlər, sonra isə ölkəni xilas etməsi üçün Bakıya çağırırlar. Hava limanından gələn yolda minlərlə insan onu gül-çiçəyə qərq edir. Elə düşünməyin ki, bütün bunlar hansısa dövlət xidmətləri tərəfindən təşkil edilmişdi. Həmin dövrdə belə xidmətlər Bakıda sadəcə yox idi. 1993-cü ildə Azərbaycan eyni vaxtda həm Ermənistan ilə müharibənin, həm də vətəndaş müharibəsinin didib-parçaladığı yarımdağılmış vəziyyətdə olan bir ölkə idi.

“O, öz xalqının gücünə arxalanırdı” kimi pafoslu sözlər var. Amma Heydər Əliyev barəsində bu sözlər pafos deyil, faktın sadəcə təsdiqidir. 1993-cü ildə Heydər Əliyev həm elitanın, həm də bütün cəmiyyətin gözündə ən layiqli namizəd idi.

Azərbaycan xalqı əmin olmuşdu ki, milli dövlətçilik parçalanmaq təhlükəsi ilə üz-üzədir. Ən ağır günlər başlayanda xalq israrla mövcud hakimiyyətin dəyişməsini tələb edir və o vaxtdan etibarən öz taleyini yenə də Heydər Əliyevə etibar edir. Xalqının çətin durumda olduğunu hiss edən siyasi xadim bu dəvəti qəbul edir və Azərbaycanda böyük siyasətə qayıdır. Xalq Heydər Əliyevin qayıdışını ümid və fərəh hissi ilə qarşılayır. Heydər Əliyev nəinki qısa müddətdə ölkə daxilində münaqişə ocaqlarını söndürməyə müvəffəq olur, həm də Azərbaycanın inkişafının əsas vektorlarının təməlini qoyur.

Müasirlərinin xatirələrinə görə, Heydər Əliyev heç vaxt kabinet işinə üstünlük vermirdi. Neft emalı zavodlarının sexlərində, laboratoriyalarda, limanlarda, tikintilərdə nələr baş verdiyini bilavasitə bilməsi üçün hər yerdə olurdu. Problemlər yarananda səbəblərini özü axtarıb tapır və onları aradan qaldırmaq üçün tədbirlər təklif edirdi.

Heydər Əliyev respublikanın paytaxtına xüsusi diqqət yetirir, qədim memarlığın möhtəşəmliyini müasir urbanizm meyilləri birləşdirməyə çalışırdı. İndi paytaxt Bakını onun müasir rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzi bəzəyir. Bakılıları və paytaxtın qonaqlarını qarşılayıb-yola salan Heydər Əliyev Beynəlxalq Aeroportu şəhərin vizit kartına çevrilib.

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra əvvəlki hakimiyyətin zamanında müşahidə olunan milli azlıqların hüquqlarının pozulması hallarının qarşısı qətiyyətlə alındı. Heydər Əliyevin böyük xidməti budur ki, o, rusdilli əhalinin Azərbaycandan axınının qarşısını ala bildi və ölkəsinin dünyəvi əsaslarını qurdu. Bu gün Azərbaycan Yaxın və Orta Şərqdə güclənməkdə olan ekstremist meyillərə müqavimət göstərərək, sırf dünyəvi xarici və daxili siyasət yürüdür.

Ölkəsinin bütün daxili problemlərinə baxmayaraq, Heydər Əliyev keçmiş SSRİ respublikaları arasında mehriban qonşuluq münasibətlərinə həmişə böyük əhəmiyyət verirdi. O, dostluğa, qarşılıqlı ehtirama, bərabərhüquqlu qarşılıqlı əməkdaşlığa əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə, bu münasibətlərin iki ölkənin xalqlarının əsas maraqlarına cavab verən davamlı inkişafına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə həmişə nikbinliklə baxırdı. Belə bir məsələ xüsusi əhəmiyyət kəsb edir ki, Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərini nəinki qoruyub saxlamağa müvəffəq oldu, həm də bu gün ölkələrimiz arasında dinamik inkişaf edən əməkdaşlığın təməlini qoydu.

Azərbaycan və Rusiya heç vaxt bir-birindən uzaqlaşmağa cəhd göstərməyiblər. Vladimir Putin prezident seçiləndən sonra Heydər Əliyev ilə görüşmək üçün ilk səfərini məhz Azərbaycana edəndən sonra münasibətlərin yaxşılaşması özünü daha qabarıq göstərdi. Bununla da Cənubi Qafqazın ən iri dövlətlərindən biri ilə əməkdaşlığın Rusiya üçün əhəmiyyətli olduğu nümayiş etdirildi.

Heydər Əliyev müstəqil dövlətin lideri kimi ilk növbədə öz ölkəsinin maraqlarını güdürdü. Bununla belə, o, Rusiyanın maraqlarını həmişə nəzərə alırdı. Heydər Əliyev ilə Vladimir Putin arasındakı qarşılıqlı etimada əsaslanan münasibətlərə siyasətçilər arasında çox nadir hallarda təsadüf edilir. Heydər Əliyev özü danışırdı ki, onların ilk görüşü Kiyevdə yüksək səviyyəli sammitlərin birində baş tutmuşdu. Rəsmi iclas başa çatanda artıq axşam saat 10-a yaxın idi. Buna baxmayaraq, Heydər Əliyev söhbəti çay süfrəsi ətrafında davam etdirmək üçün Vladimir Vladimiroviçi öz iqamətgahına dəvət edir. Təbii ki, Vladimir Vladimiroviç bu dəvəti qəbul edir və onlar az qala səhərə kimi söhbət edirlər.

Sabitliyin təmin olunması Heydər Əliyevin fəaliyyətində ən əhəmiyyətli nailiyyətdir. O, bu məsələdə xalqın ona olan etimadını tam doğruldub. Sabitlik dövlətçiliyin möhkəmlənməsinə şərait yaradır, digər taleyüklü məsələlərin həllinə - istehsalat müəssisələrinin məhsuldarlığının artmasına və intensiv inkişafına, kənd təsərrüfatında dönüşün yaradılmasına, cəmiyyətin iqtisadi baxımından yenidən qurulmasının mühüm mərhələsi kimi özəlləşdirmə proqramının sürətlənməsinə, elmin və təhsilin səviyyəsinin artmasına, Azərbaycanın keçmiş Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrilməsinə əlverişli fon yaradırdı.

Heydər Əliyev 1994-cü ilin 20 sentyabrını ən yeni tarixə “Əsrin müqaviləsi” kimi yazır. Dünyanın 8 ölkəsindən 13 ən iri neft şirkətinin imzaladığı Xəzər dənizinin dərin qatlarında yerləşən neft yataqlarının işlənməsinə dair bu müqavilə ölkənin perspektivləri üçün çox əhəmiyyətli olan neft strategiyasını işə salır. Neft sənayesi böhrandan çıxır, bu sahəyə iri dövlət vəsaiti cəlb olunur, neft-kimya sahəsinin və neft maşınqayırmasının inkişafı başlayır.

“Əsrin müqaviləsi” sayəsində neft strategiyasında əhəmiyyətli irəliləyiş baş verir. Bu saziş ölkəyə təkcə “dollarlar” deyil, həm də geosiyasi dividentlər gətirir: Azərbaycan addımbaaddım “neft diplomatiyasının mərkəzinə” çevrilir, bu da ölkənin inamla dünya birliyinə daxil olmasına şərait yaradır. Heydər Əliyev neft strategiyası çərçivəsində ölkəyə çox ciddi təhlükə yarada biləcək Xəzərin statusu problemini də gündəmə gətirir. Xəzərin Azərbaycan sektorundakı yataqların böyük miqyasda işlənməsi barədə dünyanın ən nəhəng neft-qaz korporasiyaları ilə saziş ölkə sənayesinin inkişafında müstəsna rol oynayır.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard dollar investisiya cəlb olunur. Lakin neft strategiyasının başlıca müsbət məqamı bu idi ki, Heydər Əliyev onun bazasında ABŞ, Rusiya və digər ölkələrlə etibarlı tərəfdaşlıq körpüləri qurur. “Əsrin müqaviləsi” Heydər Əliyev siyasətinin əsas prioritetini müəyyən etmiş ən iri iqtisadi akt kimi tarixə yazılır. “Əsrin müqaviləsi” Azərbaycanın ictimai-siyasi, sosial iqtisadi və mədəni həyatının miqyasının dəyişməsinə gətirib çıxardı: ölkəyə böyük pulların axını sayəsində xalq xaosdan və parçalanmaqdan qurtulmaq və öz mənəvi gücünü möhkəmləndirmək şansı əldə etdi.

1994-cü ilin sonundan (“Əsrin müqaviləsi”ndən sonra) başlayaraq, Heydər Əliyev bütün azimutlar üzrə tarazlaşdırılmış diplomatiya kursu götürdü. Heydər Əliyev Azərbaycanı dünya birliyinin tam dəyərli subyektinə çevirdi. Hazırda ölkə demək olar ki, bütün beynəlxalq təşkilatlarda təmsil olunub, regional və geosiyasi proseslərin çoxunda fəal iştirak edir.

Mühüm olan “Şərq-Qərb” layihəsinin həyata keçməsində Heydər Əliyevin xidmətini xüsusi qeyd etmək lazımdır. 1998-ci ilin sentyabrında Bakıda Heydər Əliyevin təşəbbüsü ilə “Böyük İpək Yolunun bərpası” Beynəlxalq forumu keçirildi. Bu forum beynəlxalq tranzit layihəsində Bakıya əsas məntəqə statusu verdi. Onun “İpək Yolu” diplomatiyasında bütün istiqamətlər üzrə (ABŞ, Rusiya, Avropa, Yaponiya) müsbət tərəfdaşlıq yaratmağı və xalqın rifahı naminə praqmatik fayda götürmək üçün Azərbaycanı müxtəlif ölkələrin maraqlarının birləşdiyi zonaya çevirməyini nəzərdə tutan geosiyası kontekst xüsusilə gözə çarpırdı.

Heydər Əliyev milli dirçəliş və Azərbaycan ideologiyasının inkişafının təməli olan ideyanın banisidir. Ölkənin dünyəvi əsaslarını məhz Heydər Əliyev yaradıb. Hazırda Azərbaycan sırf dünyəvi siyasət yeridən, ekstremist meyillərə müqavimət göstərən dövlətlərdən biridir. O, bütün xarici səfərləri çərçivəsində tez-tez bu ölkələrdəki diasporların başçıları ilə görüşürdü. Dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Heydər Əliyev Azərbaycan diasporunun yaradılmasının müəllifidir. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri bu günə qədər azərbaycanlıların devizidir.

Heydər Əliyevin siyasətdənkənar həyatı da zəngin olub. O, çox sahə ilə maraqlanırdı. Mstislav Rostropoviç və Qalina Vişnevskaya ilə dostluq edirdi. M.Rostropoviç Əliyevin musiqini necə yaxşı bilməsindən çox emosional danışırdı. Çox gözəl videofraqment var: Heydər Əliyev “Gecə patrulu” kinofilmindən mahnını zümzümə edir, (“Hətta quş da vətənsiz yaşamasın gərək”) onu pianoda xanımı Zərifə Əliyeva müşayiət edir.

Heydər Əliyev “Uşaqlıqda kim olmaq istəyib?” sualına gözlənilmədən belə cavab verib: memar. Obrazlı desək, elə memar da olub, amma öz ölkəsinin memarı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib