“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
“Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası” mövzusunda təşkil olunmuş tədbirdə çıxış edən universitetin rektoru, mərkəzin direktoru, hüquq elmləri doktoru Elşad Abdullayev, politoloq Rövşən Novruzoğlu insan resursunun milli təhlükəsizlik konsepsiyasının əsas tərkib hissəsi olduğunu nəzərə çarpdıraraq, dövlətimizin insanların təhlükəsizliyinin təmin olunması məqsədi ilə ayırdığı vəsaitin məbləğinə görə MDB ölkələri arasında, Rusiyadan sonra, ikinci yerdə durmasından və dahi öndər Heydər Əliyevin xalqımızın genofondunun qorunması, sağlam həyat tərzinin, intellektual səviyyəsinin artırılması, buna qarşı yönələn yerli və xarici təsirlərin qarşısının alınması məqsədi ilə milli təhlükəsizlik konsepsiyasi irəli sürməsindən danışmışlar. Dahi şəxsiyyətin bu istiqamətdə apardığı uğurlu və məqsədyönlü siyasətin öyrənilməsinin vacibliyini vurğulamışlar.
Dekabrın 7-də təsis olunan Heydər Əliyev adına Beynəlxalq Strateji Araşdırmalar və Proqnozlaşdırma Mərkəzi yerli və beynəlxalq tədqiqat qurumları, ali təhsil ocaqları və dövlət orqanları ilə birgə əməkdaşlıq əlaqələri quracaq, hər həftə müxtəlif mövzularda müzakirələr keçirəcəkdir.
Tədbirin sonunda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti Elçin İsgəndərzadə Elşad Abdullayevi həyata keçirdiyi tədbirlərə görə bu qurumun qızıl medalı ilə təltif etmişdir.