HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ
YAP Bərdə rayon təşkilatı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirmişdir. Yarışda 8-16 yaşlı şahmatçılar 3 qrupda çıxış etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aşağı yaş qrupunda Niyaz Səfiyev birinci, Kənan Nəcəfli ikinci, Ruslan Məmmədov isə üçüncü yerə çıxmışlar. Yuxarı yaş qrupunda da qalib şahmatçılar müəyyənləşdirilmişdir.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim olunmuşdur.