Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heykəllər, abidələr şəhəri

Heykəllər, abidələr şəhəri

Bakı, 27 iyul, AZƏRTAC

Şuşanın küçə, park, bağ və meydanlarını bir çox heykəltəraşlıq nümunələri bəzəyirdi. Həmin heykəl, büst və abidələr şəhərin ayrı-ayrı yerlərinə xüsusi gözəllik, dərin məzmun verir, ucaldıldığı ərazinin özünəməxsus koloritini tamamlayaraq yaraşığını daha da artırır, şəhərin gözəlliyinin müəyyənləşməsində təbii şəraitlə bərabər böyük rol oynayırdılar. Şuşada görkəmli şəxsiyyətlərin tuncdan tökülmüş, ya da qranitdən yonulmuş həcmcə böyük sənət əsərləri vardı.

Uzun illərdən bəri Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik tədqiqatlar aparan Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: “Onlardan biri də şəhərin şimal-şərq hissəsində böyük şair Molla Pənah Vaqifin Cıdır düzündə ucaldılmış məqbərəsi idi. Hələ 1940-cı ilin yayında Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi Şuşada Vaqifin qətlə yetirildiyi yerdə böyük şairin abidəsinin qoyulması üçün tədbirlərə başlamışdı. Abidənin pyedestalının 5 metr hündürlüyündə olan qırmızı qranitdən, onun üzərində 8 metr hündürlüyündə ağ mərmərdən kitab şəklində bir lövhə və kitabın içərisində Vaqifin barelyefi qoyulması qərara alınmışdı. Gənc memar Fərəcovun layihəsi əsasında tikilməsi nəzərdə tutulan abidənin ümumi hündürlüyü 13 metr olacağı planlaşdırılmışdı. Barelyefin hazırlanması isə gənc heykəltəraş Cəlal Qaryağdıya həvalə edilmişdi. Heykəlin qoyulması üçün 94 min 266 manat, o cümlədən tikinti dəyəri 86 min 454 manat, barelyef üçün 78 min manat, qalan vəsaitin isə digər xərclər üçün xərclənəcəyi nəzərə tutulmuşdu. Parkın salınması üçün Cıdır düzündə 7 hektarlıq ərazi ayrılmışdı. 1944-cü ilin yayınadək burada bağ, başqa sözlə mədəniyyət parkı salınmalı, Vaqifin məzarı olan sahənin ətrafı abadlaşdırılmalı idi. Lakin həmin dövrdə hələ davam edən repressiya illəri, Böyük Vətən müharibəsinin başlaması, müharibədən sonra bərpa-quruculuq işləri və maliyyə vəsaitinin çatışmaması üzündən abidənin qoyulması işləri başa çatdırılmadı”.

Tədqiqatçı-jurnalist böyük şairin xatirəsinə məqbərənin 1982-ci il yanvarın 14-də ucaldıldığını xatırlayaraq deyib: “Bu əzəmətli monumental əsərin müəllifləri akademik Əbdülvahab Salamzadə, respublikanın Əməkdar memarı, memarlıq namizədi Eduard Kanukov, respublikanın Əməkdar rəssamı, heykəltəraş Albert Mustafayevdir. Hər üç sənətkar Azərbaycanda və bir sıra yaxın Şərq ölkələrində geniş yayılmış tarixi-memarlıq üçün ənənəvi olan qüllə məqbərələrin kompozisiya formasını yenidən, böyük yaradıcılıqla işləmişlər. Qüllənin planında kvadrat formalı 20 metr hündürlüyü olan tikinti elə bil qayadan qalxaraq ətraf mənzərəyə harmonik şəkildə uyğunlaşmışdır. Memorial tikintinin arxitektura kompozisiyası özlüyündə aydın, tarazlaşdırılmış və mərkəzləşdirilmiş həcm kimi təqdim olunmaqla iki hissədən - kəsik piramida formasında xüsusi möhkəmlik və monumental görünüşlü aşağı, dinamik olaraq yuxarıyacan olan pilonlu dördkünc qüllə olan yuxarı hissədən ibarətdir.

Zəngin təbii sərvəti olan Qarabağ torpağı inşaatçılara və memarlara davamlı və gözəl material vermişdir. Monumental divarlara və dördkünc qüllənin pilonlarına qırmızıya çalan çəhrayı mərmərdən üz çəkilmişdir, içərinin bəzəyi isə açıq boz mərmərlə və rəsmlə həyata keçirilmişdir.

Memorial zalın mərkəzində əsas girəcəkdə, Vaqifin qəbri üstündə tünd yaşıl rəngli qranitdən düzbucaqlı sarkofaq qoyulmuş, zalın içərisində isə qarşı tərəfdəki divarda stela üzərində şairin ağ mərmərdən heykəltəraşın yaratdığı portret yerləşmişdir.

İnteryerdə fəza tikintisi özünəməxsus və orijinallıqla düşünülmüşdür və ciddi arxitektonikalıdır və artıq klassik üslubları yoxdur. Daxili boşluğun belə sadə tərtib edilməsi bütün diqqəti əsas ekspozisiyaya fokuslaşdırmağa - şairin sarkofaqında və heykəltəraşın portretində cəmləşdirməyə maksimum imkan verir. Sarkofaq şairin axırıncı dayanacağının simvolu, barelyefi isə nəsillər üçün abidə portretidir. Zövqlə seçilmiş rənglər qamması interyerə təntənəli görkəm verir, abidə zalının açıq, boz mərmər divarlar fonunda tünd yaşıl sarkofaqın düzgün həndəsi həcmi və Vaqifin dümağ portreti çox gözəl görünür. Böyük ilham və incəliklə işlənmiş barelyef dahi vətəndaş, təmiz qəlbli, müdrik və səmimi bir insanın görkəmini uğurla əks etdirir.

Yastı örtüklü kvadrat mərkəzi binanın planında kompozisiya həllinin özəyini təşkil edir. Bu, həqiqətən də müəlliflərin düşündüyü kimi təkcə Vaqifin dəfn yeri deyil, eyni zamanda saysız-hesabsız xarici qonaqların, onun poeziyasının minlərlə pərəstişkarının istədikləri vaxt gəlib yad etdikləri xatirə abidəsidir. Elə bu zamandan Şuşanın müasir memarlığına xalqın müqəddəs bir yer saydığı Vaqifin əzəmətli mavzoleyi daxil olmuşdur.

Məqbərənin memarlıq üslubu tikintinin funksional təyinatının şəhər tikintisi kompozisiyasında yerini yenidən göstərir. Sözsüz ki, bu yeni memorialtikinti adi və burda yenilik xalq mədəniyyətinin qədim ənənələri ilə üzvi surətdə birləşdirilmişdir. Memorial abidənin bütün həcmində yüksək memarlıq keyfiyyətləri öz əksini tapmışdır”.

Həmsöhbətimiz şəhərdəki digər heykəl və abidələr barədə danışaraq deyib: “Anadan olmasının 100 illiyi münasibətilə vətəni Şuşada qoyulmuş Üzeyir Hacıbəyovun əzəmətli və monumental abidənin müəllifi, Azərbaycanın Dövlət mükafatı laureatı, heykəltəraş Əhməd Salikovdur. Hündürlüyü 8 metr olan abidə bəstəkarın doğulduğu evin qarşısında - Xan qızı Natəvanın bağında qoyulmuşdur. Üzeyir bəy ayaq üstə müdrik çağında təsvir edilmişdir. İlk növbədə, abidənin kompozisiyası diqqəti cəlb edir. Bağa girəndə göz önündə dahi bir insanın dərin düşüncələrə dalmış obrazı canlanır. Müəllif əsas diqqəti heykəlin mənəvi məzmununa yönəldərək Üzeyir Hacibəyovun daxili gözəlliyini, ölməz obrazını, əzəmətli simasını mənalı şəkildə əks etdirmişdir. Mülayim təbiətli bəstəkarın xarakterinin açılmasında əsas rolu onun baxışları oynayır. Müəllif musiqi dahisinin yaradıcılıq duyğularını, psixoloji anlarını məharətlə və dolğunluqla verə bilmişdir. Yaratmaq eşqi ilə xəyala dalmış bəstəkar sanki özünün yüksək yaradıcılıq anında dərin fikrə getmiş, bütün diqqəti yeni bir əsər üzərində cəmlənmişdir. Onun baxışı və duruşu da sanki başdan-ayağa bir musiqidir. Heykələ tamaşa etdikcə elə bil Üzeyir musiqisini dinləyir, onun əfsanəvi qəhrəmanlarının sözlərini eşidirik. Bəstəkarın simasında xeyirxahlıq, təvazökarlıq və müdrikliyin izləri də görünür və bu da onun xarakterini tamamlayır. Bütün bunlar heykəltəraşın təxəyyülündən gəlmiş və abidəyə hopmuşdur. Ümumiyyətlə, heykəlin romantik ruhu dərin və emosional təsir bağışlayır. Abidənin 1985-ci ildə təntənəli açılışı respublikanın mədəni və mənəvi həyatında mühüm bir hadisəyə çevrilmiş, Azərbaycan heykəltəraşlığının son illərdəki uğurlarından biri kimi qiymətləndirilmişdir.

“Kommunarlar parkı” 1977-ci ildə şəhərin yuxarı hissəsində 26 Bakı komissarlarının xatirəsinə salınmış müasir memarlıq ansamblı idi. Şəhərin baş memarı Tofiq Zeynalovun orijinal layihəsi əsasında tikilmişdi. Park şuşalıların və şəhərə gələn qonaqların əsl istirahət guşələrindən birinə çevrilmişdi. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olan şuşalıların xatirəsinə ucaldılmış “Gözü yolda qalanlar” abidəsinin müəllifi də Tofiq Zeynalov idi.

Ümumiyyətlə, müxtəlif illərdə Xan qızı Natəvanın, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Həsən Vəzirovun Şuşanın gözəgəlimli guşələrində qoyulmuş büstləri şəhərin memarlıq aləminin bəzəyinə çevrilmişdi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir