Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heyvanların populyasiyasının mühafizəsi və bərpası ilə bağlı görülən işlər

Heyvanların populyasiyasının mühafizəsi və bərpası ilə bağlı görülən işlər

Bakı, 24 may, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycanda 241 fauna və 460 flora növü təhlükə altındadır.

Yeni nəşr olunan “Qırmızı kitab”a ölkə ərazisində yaşayan 89 növ onurğasız heyvan, 11 növ balıq, 6 növ amfibi, 18 növ sürünənlər, 78 növ quşlar və 39 növ məməli heyvanlar daxil edilib. Biologiya və ekologiyada nəsli kəsilmək bir növün və ya cinsin yox olması, biosferin kiçilməsi deməkdir.

AZƏRTAC ölkəmizdə nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan heyvanların populyasiyasının mühafizəsi və bərpası ilə bağlı görülən işlərə nəzər salır.

Sayları “qırmızı həddə” çatanlar

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalılar laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, Azərbaycanın təbiəti müxtəlif landşaft xüsusiyyətlərinə malikdir. Bu səbəbdən ölkənin faunası olduqca zəngindir. Heyvanların müasir taksonomik təyinatlarına görə, Azərbaycanda 798 növ və yarım növ mövcuddur. Onların müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi, populyasiyalarının say və sıxlığı, mövcud təhlükələrlə bağlı problemlər, yaşayış yerlərinin keyfiyyəti, yayıldığı arealın sahəsi vacib götürülərək elmi dərəcədə araşdırılır və qorunma statusu təyin olunur.

Say və sıxlıqda azalmağa doğru gedən dinamika müşahidə edilən heyvanlar təhlükə həddinə yaxın statusda hesab olunur. Həssas növ statusuna isə son 10 il ərzində yaşayış yerlərinin 30 faizə qədəri azalanlar daxildir. Həmin sahə insanların məskunlaşması, çirklənmə və digər səbəblərdən azala bilər. Digər əsas kriteriya növün sayca azalmasıdır. Son 10 ildə növün sayı 30-40 faiz azalıbsa, həmin heyvanlar da həssas növə daxil edilir. Bu növlər üçün xüsusi mühafizə tədbirləri görülür. Daha ciddi status təhlükə həddində olan növdür. Yaşadığı areal son 10 ildə 50-80 faiz, populyasiyalarının sayı 50 faizdən çox azalan heyvan növləri artıq təhlükə həddində hesab olunur. Əgər araşdırmalar nəticəsində kəmiyyət göstərici tam dəqiqdirsə, təhlükə həddində olan növ kimi daha ciddi qorunma statusu əldə edir və Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilir. Ən ciddi vəziyyət isə böhranlı növdür. Həmin növün yaşadığı bölgə, say və sıxlıq 90 faiz azalmağa məruz qalır, ən ciddi qorunma statusu əldə edir. Hər on ildən bir Azərbaycan faunası yenidən araşdırılır və nəsli kəsilmə təhlükəsi ilə üz-üzə olan növlər Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilir.

“Qırmızı kitab”a daxil edilən növlər dövlət tərəfindən olduqca ciddi qorunur. Onları ovlamaq, yaşadıqları bölgəyə müdaxilə etmək qadağandır. Həmin şəxslər dövlət tərəfindən təyin olunan müvafiq cərimələri ilə cəzalandırılır. Bu həmin heyvan növünün qorunması üçün ilk tədbirdir. Növbəti tədbir növlərin ekoloji vəziyyətinin bərpası prosesidir. Ölkəmizdə bu sahədə bir çox layihələr həyata keçirilir. 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reallaşdırılan reintroduksiya layihələrini buna nümunə göstərmək olar.

Hazırda işğaldan azad olunan Qarabağda erməni vandalizmi səbəbindən bölgənin faunasına ciddi zərər dəyib. Gələcəkdə aparılacaq tədqiqatlar vasitəsilə bölgədə sıradan çıxmış populyasiyaları aşkar etmək, daha sonra müəyyən edilən üsullar ilə heyvanat aləminin yenidən bərpası mümkündür. Həmin istiqamətdə müəyyən layihələr hazırlanıb həyata keçiriləcək.

İşğal dövründə Bəsitçay və Oxçuçayında yayılan balıq növlərinin qanunsuz ovlanması, çayların ermənilər tərəfindən çirkləndirilməsi nəticəsində balıq növlərinin sayında azalma müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həmin çaylara balıq növlərinin körpələri buraxılır və bioloji müxtəliflik təmin olunur.

Qarabağda qorunmaya ehtiyacı olan ərazilərdə yeni qoruqların yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya İnstitutunun mütəxəssisləri tərəfindən müzakirələr aparılır. Sovet dövründə ərazidə mövcud olan qoruqlar erməni vandalları tərəfindən pis vəziyyətə salınıb. Həmin qoruqların fəaliyyətinin bərpası istiqamətində tədbirlər nəzərdə tutulur.

Alim hesab edir ki, ölkənin fauna növlərini qorumaq üçün əhalinin məlumatlandırılması olduqca vacibdir. İctimaiyyətin növlərinin qorunmasında iştirakını təmin etmək məqsədilə onların həmin heyvanlar barədə ətraflı məlumata ehtiyac var.

Möcüzəvi şəkildə dirilmə - Lazarus taksonu

Bəzən heyvan növünün tamamilə yox olub-olmadığı bilinmir. Nəsli kəsilmiş hesab edilən heyvanın hələ də sağ qalması sübuta yetirilə bilər. Bu, çox nadir rast gəlinən hadisədir. Belə fauna növlərindən biri də Soltanquşdur (Takahe). Ətinə görə avropalılar tərəfindən çox ovlandığı üçün XVIII əsrdə nəslinin tükəndiyi düşünülürdü, lakin 200 il sonra Yeni Zelandiyanın Cənub adasında yerləşən Murchison dağlarında qayalıq bir bölgədə yaşadığı aşkarlandı. Bu quşların çəkisi 4 kiloqram, boyu isə 65 santimetrdir. Yer üzərində təxminən 200 ədəd olduğu təxmin edilir. Qeyd edək ki, Soltanquş 2018-ci ildə Azərbaycanın Abşeron bölgəsində yaşayan sakinin həyətinə düşüb. Ev şəraitində yaşaya bilmədiyi üçün daha sonra Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq təbiət ərazilərinə buraxılıb. (Soltanquş foto)

Bu vəziyyətdə, həmin növlər Lazarus taksonu adlanan nəsli kəsildiyi düşünülən, lakin sonra yenidən aşkar edilən heyvanların qeyd olunduğu siyahıya düşür. Nəsli kəsilməkdə olduğu üçün risk altında olan bəzi heyvan növləri Beynəlxalq Təbiəti Mühafizə Birliyinin iki ildən bir qırmızı siyahısına daxil edilir. Bir növün qırmızı siyahıda olması üçün Yer kürəsində 50-dən az yetkin fərd qalmalıdır. Başqa bir kateqoriya isə həssas növlərdir. Bunun üçün əsas meyar növün yetkin populyasiyasının 1000-dən az olmasıdır.

Təbiətə qayıdışa yeni ümidlər - reintroduksiya layihələri

2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması ilə bağlı layihə həyata keçirilir. Həmin layihə çərçivəsində aparılan işlər sırasında Azərbaycan xalqının böyük önəm verdiyi, dastan və şeirlərdə vəsf edilən, mifik təfəkkürdə əks olunan ceyran növünün tarixən məskunlaşdıqları ərazilərə köçürülməsi xüsusi yer tutur.

2003-cü ildə yaradılmış Şirvan Milli Parkında mövcud olan 4 min baş ceyran qısa müddət ərzində artaraq 9 min başı keçmiş və bu əhəmiyyətli növün arealı təbii yolla xeyli genişlənib. Nadir ceyran növünün minimum antropogen təsir göstərmək şərtilə beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif vasitələrlə (keyidici silah və tor) tutularaq vaxtilə mövcud olduqları tarixi areallarına buraxılması yolu ilə yeni ərazilərdə bərpasına nail olunması məqsədilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə start verilib.

Keçən müddət ərzində layihənin vacib komponentlərini təşkil edən əsas fəaliyyət istiqamətləri müəyyən olunaraq ardıcıllıqla yerinə yetirilib, Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilib, 130 başdan yuxarı ceyran tarixi ərazilərinə qaytarılıb.

2010-cu il dekabrın 24-də “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak edərək, üzərində peyk vasitəsilə siqnalötürücü xaltası olan ceyranları Qobustan-Cəngiçay ərazisinə buraxmışlar.

Layihənin icrası üçün tələb olunan avadanlıqlar-ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınmışdır və layihənin bilavasitə icra prosesində ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək zəruri göstərişlərini vermişlər. Bu avadanlıqlar vasitəsilə ceyranların həyat təhlükəsizliyi təmin olunmaqla yanaşı hərəkətlərinin nəzarəti də həyata keçirilir.

Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində hazırkı dövrədək Şirvan Milli Parkından tutulmuş ümumilikdə 265 baş ceyranın respublikanın müxtəlif ərazilərinə köçürülməsi həyata keçirilib.

2013-cü ilin oktyabr ayında ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası üzrə işlərə start verilərək ilk 10 baş ceyran Gürcüstana göndərilib. Bu tədbirlər nəticəsində regionda davamlı ceyran populyasiyasının formalaşmasına nail olunur ki, bu da ekoloji davamlı inkişaf amillərinə cavab verməklə, eyni zamanda, ekoloji turizmin inkişafına müsbət təsirini göstərir.

Ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Buraxılan ceyranlar təbii mühitə tam adaptasiya olublar. Hazırda onlara Füzuli rayonu ərazisində də rast gəlinir. Ceyranların təbii hərəkəti, qidalanması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır.

Reintroduksiya layihələrinin təkcə Cəbrayılda deyil, digər azad edilmiş ərazilərdə də həyata keçirilməsi nəzərdə tutulub. Nəcib maral, bezoar keçiləri, tirəndaz, köpgərin həmin ərazilərdə bərpası planlaşdırılıb.

Zubrlar (bizon) vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir. 2012-ci ilin sonlarından etibarən zubrların Azərbaycanın vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında bu sahədə imzalanan Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilən zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Fransa və Hollandiya zooparklarından ümumilikdə Azərbaycana 26 baş zubr gətirilib. Zubrların sayı təbii yolla artaraq 31 başa çatıb. Almaniyanın “Tierpark Berlin” zooloji parkından gətirilən daha 10 zubrla birlikdə hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 41-dir. Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.

Azərbaycanda bəbirin keçmiş arealı Böyük və Kiçik Qafqazı, Alazan çayı vadisini, Talış dağları və Araz çayının orta hissəsini (Naxçıvan MR), bu yaxınlara qədər isə Talış dağlarının Azərbaycan hissəsi daxil olmaqla, demək olar ki, bütün Kiçik Qafqazı əhatə edirdi. Daha sonra Azərbaycanda bəbirin arealı sürətlə kiçilməyə başladı. Hazırda, bu növ yalnız Talış dağlarında (Lənkəran, Astara və Lerik rayonlarında), Zəngəzur - Kiçik Qafqazın cənub-şərq hissəsində (Zəngilan, Qubadlı rayonlarında), Qarabağ və Naxçıvan dağlarında (Zəngəzur mahalının Naxçıvana aid olan hissəsində), son məlumata görə isə Acınohur ərazisində qeydə alınıb.

2009-cu ildə Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş bəbirin Cəlilabad rayonu ərazisində insanlara hücumu ilə bağlı bir sıra xəbərlər yayılmışdı. Təəssüf ki, bu məlumatlar şişirdilmiş və əhalidə Azərbaycanın nadir fauna növləri barədə daha bir qeyri adekvat fikir formalaşdırmışdı. Ekspertlər Cəlilabad ərazisində bəbirin görülməsi faktının Azərbaycanda bəbirin mövcud olmasını təsdiqlədiyini bildiriblər. Çünki uzun müddət idi ki, ölkədə bu yırtıcı heyvanın qalması ilə bağlı sadəcə ehtimallar var idi. Cənubi Qafqazda bəbir populyasiyasının mühafizəsi və bərpası ilə bağlı layihə çərçivəsində görülən işlər nəticəsində bəbirlərin yayılma arealı dəqiq müəyyənləşdirilib. Belə ki, ölkədə bəbirlərin sayında artım müşahidə olunaraq davamlı populyasiyasının yarandığı faktlarla sübuta yetirilərək, müasir texnologiyalar (fototələlər) istifadə olunmaqla bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarında (Zəngəzur Milli Parkında 13, Hirkan Milli Parkında 5 baş bəbir qeydə alınmışdır) fotoşəkilləri çəkilib. Bundan əlavə, bəbirlərin mühafizə strategiyası çərçivəsində, xüsusi mühafizə olunan ərazilərin yaradılması və genişləndirilməsi, onların potensialının gücləndirilməsi və yerli əhalinin maarifləndirməsinin artırılması işləri aparılıb. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir. “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiqedilmə Qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” haqqında qərara əsasən bir baş bəbirin ovlanmasına görə dəyən ziyanın miqdarı şərti maliyyə vahidinin üç min mislidir. Yəni, bir baş bəbirin ovlanmasına görə cərimə üç min üç yüz manat təşkil edir. Əgər həmin heyvan Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində ovlanarsa, bu ziyan iki və üç qat ölçüdə hesablanır.

Reintroduksiyası nəzərdə tutulan heyvanlardan biri də köpgərlərdir. Vaxtilə Murovdağ silsiləsində olan həmin iri heyvanların Kiçik Qafqazda nəsli kəsilib. Hazırda köpgərlər Böyük Qafqazda, Zaqatala və İlisu Dövlət Təbiət qoruqlarında, Şahdağ Milli Parkında yaşayır. Köpgərlərin Murovdağ silsiləsinə qaytarılması nəzərdə tutulur.

Qafqaz nəcib maralının nəsli Kiçik Qafqazda hələ 19-cu əsrin sonunda kəsilib. Sonradan həmin heyvanlar Göygöl Milli Parkına gətirilsə və sayı artsa da Birinci Qarabağ müharibəsindən sonra onların sayı kəskin azalıb. Maralın Kiçik Qafqazda populyasiyanın bərpası planlaşdırılır. Bundan başqa, onların Talış dağlarında nəsli tamamilə kəsilib. Növbəti addımlardan biri də maralların Talış dağlarında, Quba-Qusar meşələrində bərpasıdır. Bunun üçün ilkin addımlar atılıb. Ötən il IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən reintroduksiya layihəsi çərçivəsində Bakı Zooloji Parkından dörd baş maral Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib. Bu, həmin heyvanların nəsli kəsildiyi ərazilərdə bərpası layihəsinin başlanğıcıdır.

Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyinin layihələrini xüsusilə qeyd etmək lazımdır. 2020-ci ilin may ayında start verilən “Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Layihə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçilir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert