HİBBONLAR PİYLƏNMƏ GENİ OLMAYAN YEGANƏ MEYMUNLARDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, alimlər insanabənzər meymunlarda və insanlarda piylərin həzmi prosesində iştirak edən ASIP geninin olub-olmadığını yoxlamaq üçün tədqiqat aparmışlar. Nəticələr göstərmişdir ki, ASIP meymunlar arasında ən arıq sayılan hibbonlardan başqa, bütün məməlilərdə var. Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayan bu uzunəlli meymunlar heç vaxt kökəlmir. 60-70 santimetr boyu olan hibbonların çəkisi təxminən 10 kiloqramdır.
Mütəxəssislərin fikrincə, hibbonlar 28 milyon il əvvəl ayrıca qrupda birləşərək, təkamül prosesində piylənməyə genetik meyilliyi itirmişlər. Pələng və bəbirlərdən qorunmaq üçün budaqdan-budağa tullanan primatların həyat tərzi onların artıq çəki yığmasına imkan vermir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]