HİNDİSTAN-AZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Hindistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il ənənəvi mədəni əlaqələrin inkişafında mühüm addımlar atılmışdır. Səfirliyin və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hindistanın “Odissi” rəqs truppası Azərbaycanda iki konsert vermiş “Kölgə kuklaları” və “Kuçipudi” rəqs qrupları paytaxt sakinləri qarşısında çıxış etmiş, “Asiya bayramları” festivalı keçirilmişdir.
Azərbaycan bəstəkarı Arif Məlikovun “Hindistan əfsanəsi” əsəri Hindistanda tamaşaya qoyulmuşdur. Hazırda ölkəmizin kinoteatrlarında və televiziya kanallarında hind filmləri geniş nümayiş etdirilir. Azərbaycan-Hindistan mədəni əməkdaşlığının inkişafında Bakıda fəaliyyət göstərən Hindistan Mədəniyyət Mərkəzi böyük rol oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]