HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM PRATİBHA PATİLƏ
Hörmətli xanım Prezident,
Mumbai şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Biz bu hadisədən son dərəcə hiddətlənir, bütün bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 noyabr 2008-ci il.