Hindistanda binada baş verən yanğın 17 nəfərin ölümünə səbəb olub


Pekin, 18 may, AZƏRTAC
Hindistanın Heydərabada şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 17 nəfər ölüb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, yanğın şəhərin tarixi Çarminar zonasında səhər saat 6 radələrində üçmərtəbəli binanın zirzəmisində başlayıb. Güclü yanğın qısa zamanda yuxarı mərtəbələrə yayılıb. Yerli polisin məlumatına görə, ölənlər tüstüdən boğulan yatmış sakinlərdir. Ölənlər arasında yaşı 10-dan az olan 8 uşaq da var. Cəmi 4 nəfər yanğından xilas ola bilib.
İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.
Qeyd edək ki, Hindistanda yaşayış və ictimai binalarda yanğın hadisələri tez-tez baş verir. Bunun əsas səbəbi həm sakinlərin, həm də səlahiyyətli qurumların texniki və təhlükəsizlik qaydalarına laqeyd yanaşmasıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [17:52]
Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib
- 13.06.2025 [17:41]
İordaniya hökuməti: Ölkə heç bir münaqişə üçün döyüş meydanı olmayacaq
- 13.06.2025 [16:48]