Hindistanda torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb
Pekin, 2 iyun, AZƏRTAC
Hindistanın Assam ştatında bir neçə gündür davam edən şiddətli yağışlar nəticəsində meydana gələn torpaq sürüşmələri nəticəsinə ən azı 20 nəfər ölüb, 2 nəfər yaralanıb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, təbii fəlakət səhər saatlarında ştatın Barak vadisi boyunca yerləşən 3 rayonunda baş verib. Yardıma gələn mülki müdafiə qüvvələri dağılmış evlərin altından cəsədləri və yaralıları çıxarıblar. Bildirilir ki, ərazidə 4 gündür aramsız yağış yağır.
COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətlə tanış olmaq üçün təbii fəlakətin baş verdiyi Haylkandi rayonunda olan ştat naziri Parimal Suklavayda hadisə yerinə baş çəkib. O, təbii fəlakət nəticəsində zərər görmüş şəxslərə kompensasiya verilməsi üçün hökumətə hesabat göndəriləcəyini bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]