Hindistanın Assam ştatının milyondan çox sakini daşqınlardan əziyyət çəkir
Bakı, 29 iyun, AZƏRTAC
Hindistanın Assam ştatında yaşayan bir milyondan çox insan musson yağışlarının doğurduğu daşqınlar səbəbindən evlərini tərk etməyə məcbur olub.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin iki nəfər suda boğulub. Ştatın hakimiyyət orqanlarının məlumatına görə, daşqınlarla bağlı vəziyyət getdikcə gərginləşir.
Leysan yağışları səbəbindən dünyanın ən iri çaylarından biri olan Brahmaputra məcrasından çıxaraq ştatın 2 mindən çox kəndini basıb. Nadir kərgədanların yaşadığı Kaziranqa milli parkının da su altında qaldığı bildirilir.
Hindistanın su resursları üzrə federal idarəsinin məlumatına əsasən, yaxın üç gün ərzində yağıntı miqdarının çoxalması və çaylarda suyun səviyyəsinin daha da artması gözlənilir. Hazırda ştatda xilasetmə əməliyyatları aparılması üçün hərbiləşdirilmiş hissələr yerləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]