Hizbullah İsrailin şimalına 160-a yaxın mərmi atıb
Bakı, 12 iyun, AZƏRTAC
Hizbullah hərəkatı Livan ərazisindən İsrailin şimalına təxminən 160-a yaxın mərmi atıb. Bu, 2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Livandan İsrailə edilən ən böyük raket hücumudur.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, mərmilərin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Yerə düşən mərmilər isə təbiət yanğınlarına səbəb olub.
Hadisə ilə bağlı ölkənin şimal bölgəsində hava hücumu xəbərdarlığı edilib. Yuxarı Qalileya regionunda, o cümlədən Şafad, Roş-Pina şəhərlərində, həmçinin Buxayrat-Tabariya gölü ərazisində və Təbəriyyə şəhərində sirenalar səslənib. Xəsarət alanlar barədə məlumat verilmir.
İsrail aviasiyası raket hücumuna cavab olaraq Livanın Yarun bölgəsinə zərbələr endirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]