“HİZBULLAH” ONUN YARAQLILARININ İSRAİL TƏRƏFİNDƏN ƏLƏ KEÇİRİLMƏSİ HAQQINDA MƏLUMATI TƏKZİB ETMİŞDİR
Hərəkatdakı mənbənin sözlərinə görə, İsrail hərbçiləri tərəfindən ələ keçirilmiş üç nəfər mülki şəxsdir və müqavimət hərəkatı ilə onların heç bir əlaqəsi yoxdur.
O xatırlatmışdır ki, bundan əvvəl də israillilər Livanın cənubunda Marun ər-Rəəs məntəqəsi uğrunda döyüşlər zamanı “Hizbullah” hərəkatının iki fəal üzvünün əsir alındığını elan etmişdilər, lakin bunların hərbi əməliyyatlarda iştirak etməyən sıravi livanlılar olduğu aşkara çıxmış və onları buraxmaq lazım gəlmişdir.
Həmsöhbət qeyd etmişdir ki, “Hizbullah” yaraqlıları gecə Bəəlbək rayonunda yerə enmiş İsrail desantçılarını mühasirəyə almağa və onların vertolyotunu vurmağa müvəffəq olmuşlar. Lakin o, israil əsgərləri arasında tələfat olub-olmadığını dəqiq söyləyə bilməmişdir.
Gecə bu ərazinin israillilər tərəfindən bombardman edilməsi nəticəsində 12 dinc sakin həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]