Hollandiyalı Nik de Vries Formula E mövsümünün ilk yürüşünün qalibi olub
Qahirə, 1 mart, AZƏRTAC
Hollandiyalı pilot Nik de Vries Forumla E üzrə Səudiyyə Ərəbistanında keçirilən “Diriyah E-Prix Circuit” dünya çempionatının ilk yürüşünün qalibi olub.
AZƏRTAC xəbər verir ki, fevralın 27-də keçirilən yürüşdə 24 pilot dünyanın ən məşhur şirkətlərinin, o cümlədən “Porshe” və Mercedes-Benz”in istehsalı olan elektrikli idman avtomobillərində yarışıb.
Builki yürüş insidentsiz ötüşməyib. Belə ki, yarışın keçirildiyi Ciddə şəhərindəki Əd-Diriyə avtodromunun yaxınlığında Yəməndəki Hutsi qiyamçıları tərəfindən atılan silahlı pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Xoşbəxtlikdən partlayış olmayıb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman pilotlarla həmrəylik nümayiş etdirmək məqsədilə Əd-Diriyə avtodromuna gəlib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]