Höness FIFA-nın qərarını qınayıb
Bakı, 13 yanvar, AZƏRTAC
FIFA-nın 2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatında komandaların sayının artırılması ilə bağlı çıxardığı qərar hələ də idman ictimaiyyətində birmənalı qarşılanmır.
AZƏRTAC “Sportbild”ə istinadla xəbər verir ki, məsələyə münasibət bildirən Münxenin “Bavariya” futbol klubunun prezidenti Uli Höness də ali futbol qurumunun qərarını qınayanlar arasında yer alıb: “Hesab edirəm ki, bu, icrası mümkün olmayan qərardır. Düşünmürəm ki, mundialda 48 güclü komanda olacaq. Bundan başqa, əsas məsələ futbolçuların sağlamlığıdır. Onların belə formatda oynaya biləcəkləri şübhə doğurur”.
Almaniyanın ən titullu klubunun təmsilçisi hələ qərar qəbul olunmazdan əvvəl Avropa Klublar Assosiasiyasının adından FIFA-ya etiraz məktubu göndərmişdi. Ancaq “Barselona” və “Real” bu məktubla razılaşmadıqlarını ifadə etmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]