COP29
Honkonq Mühəndislər İnstitutunun vitse-prezidenti: COP29 konfransı yüksək səviyyədə təşkil olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycanda COP29 konfransında iştirak etmək mənim üçün əla bir təcrübədir, burada hər şey yüksək səviyyədə təşkil olunub. Azərbaycanlılar çox qonaqpərvər və intizamlıdırlar.
Bunu AZƏRTAC-a açıqlamasında Honkonq Mühəndislər İnstitutunun vitse-prezidenti Frenk Çenq deyib.
"COP29-da müzakirə olunan əsas mövzulara iqlim maliyyəsi daxildir. Həmçinin konfransda karbon emissiyaların azaldılması müzakirə olunur. Bizim dayanıqlı gələcəyə nail ola bilməyimiz üçün bu mövzu çox böyük əhəmiyyət kəsb edir", - deyə F.Çenq bildirib.