Hotel və restoran biznesi üçün videotreninqlər keçiriləcəkdir
Bakı, 5 dekabr (AZƏRTAC). Dekabrın 10-da və 18-də Beynəlxalq Ticarət Mərkəzində “Kiçik Hotellərin və Restoranların İnkişafına Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq videotreninqlər keçiriləcəkdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, “Səmərəli hotel meneceri” və “Restoran xidmətində standartlar” mövzularının müzakirə olunacağı treninqlər hotellərin və restoranların idarə edilməsində müasir biznes texnologiyalarının tətbiqinə həsr olunacaqdır.
Artıq bir çox hotellərin və içtimai iaşə müəssisələrinin əməkdaşları treninqlərdə iştirak üçün qeydiyyatdan keçmişlər.
Maraqlanan şəxslər ətraflı məlumat əldə etmək üçün www.dair.az elektron ünvanına müraciət edə bilərlər.
Bu treninqlər davamlı olacaq və gələcəkdə digər sahələri də əhatə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]