“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində torların yığışdırılması davam edir
Bakı, 23 aprel, AZƏRTAC
"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizi akvatoriyasından, Şəmkir su anbarından və Sarısu Ovçuluq Təsərrüfatı ərazisindəki Sarısu gölündən sintetik torların yığışdırılması həyata keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, həmin su hövzələrindən 2 min 890 metr uzunluğunda 70 ədəd sintetik tor götürülüb.
“Layihəyə dəstək olaraq fəallıq nümayiş etdirən və su hövzələrində rast gəldikləri sintetik torlar barədə nazirliyə məlumat verən bütün vətəndaşlara təşəkkür edir, onları hövzələrin mühafizəsində daha aktiv iştirak etməyə, balıq ehtiyatlarının qorunmasına dəstək olmağa çağırırıq”, - deyə B.Məhəmmədov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]