Hüseyn Cavidin biblioqrafik göstəricisi nəşr olunub

Bakı, 14 dekabr, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyinin Elmi şurasının qərarı ilə “Hüseyn Cavid: biblioqrafik göstərici” kitabı çap olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə nəşr olunan biblioqrafik göstəricidə ədibin həyat və yaradıcılığının əsas tarixlərinin xronoloji əksi verilib.
Nəşrdə Hüseyn Cavidin müxtəlif illərdə yazdığı məktubları, səhnəyə qoyulmuş əsərlərinin afişa, məramnamə və proqramlarının biblioqrafik təsvirinə yer ayrılıb. Kitabın “Cavidşünaslıq” adlı xüsusi bölməsində şairə həsr olunmuş kitablar, dövri mətbuatda yer almış tədqiqat əsərləri qeyd edilib. Bölmələr daxilində hər bir əsər öncə xronologiya, sonra əlifba prinsipi əsasında sıralanıb.
Kitabın redaktoru muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, tərtibçi-müəllifi muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovadır.
Qeyd edək ki, biblioqrafik göstərici 2005-ci ildə ədibin ev-muzeyi tərəfindən tərtib edilmiş biblioqrafik nəşrin davamı olaraq hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [18:05]
BDU-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
- 17.04.2025 [17:23]
ADPU magistrantları 8 nömrəli məktəbin idarəetmə təcrübəsi ilə tanış olublar
- 17.04.2025 [16:43]