HYUYUPİA FİNLANDİYA YIĞMA KOMANDASININ HEYƏTİNDƏ 100-CÜ MATÇI KEÇİRMƏYƏ HAZIRLAŞIR
Bakı, 12 avqust (AZƏRTAC). Finlandiya yığma komandasının İsveç yığma komandası ilə qarşıdakı yoldaşlıq matçı Finlandiya komandasının kapitanı Sami Hyuyupia üçün bu komandanın heyətində 100-cü matç olacaq. Beynəlxalq səviyyədə ilk dəfə 1992-ci ildə çıxış etmiş, hazırda Leverkuzenin “Bayer” komandasının müdafiəçisi olan Hyuyupia həmin matçda meydana çıxarsa, o, Finlandiya yığma komandasının heyətində keçirdiyi oyunların sayına görə Ari Xyelmaya çatacaqdır. Bu göstərici üzrə liderlik edən Yari Litmanen isə onlardan xeyli irəlidə gedir: onun aktivində 124 oyun vardır.
Hyuyupia demişdir: “Mən çox həyəcanlı anlar yaşayıram. Əlbəttə, mən ilk dəfə Finlandiya yığma komandasının formasını əynimə geyinib meydana çıxanda heç təsəvvürümə də gəlməzdi ki, bu komandanın heyətində 100 matç keçirəcəyəm. Bu, mənim karyeramda çox əlamətdar gün olacaq”.
Xatırladaq ki, Finlandiya yığma komandası 2010-cu ildə keçiriləcək Dünya çempionatının qrup turnirində Azərbaycanın rəqibidir. Sentyabrın 5-də Lənkəranda bu komandalar arasında matç keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]