I BAKI BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİ İŞTİRAKÇILARININ ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILMIŞDIR
Sərgidə 26 ölkədən 70 karikaturaçı rəssamın 200-dək əsəri nümayiş olunur.
Rəssamlar ittifaqının katibi Ağəli İbrahimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev və başqaları sərginin açılışı mərasimdə çıxış edərək ölkəmizin dünya sənətçiləri arasında tanınmasında beynəlxalq karikaturaçıların Bakı müsabiqəsinin əhəmiyyətini xüsusi vurğulamışlar.
Natiqlər onu da qeyd etmişlər ki, bu sərgidə tamaşaçılara təqdim olunan əsərlər Afinada Yay Olimpiya oyunları zamanı keçiriləcək Azərbaycan günlərində nümayiş ediləcəkdir.
Münsiflər heyətinin üzvləri I (Yaroslav Yarovski, Polşa), II (Vladimir Kazanevski, Ukrayna), III (Aleksey Talimonov, Böyük Britaniya) yerləri tutan qaliblərin diplom və mükafatlarını onların təmsil olunduqları ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinə təqdim etmişlər.
Sonra I Bakı Beynəlxalq karikatura müsabiqəsi kataloqunun təqdimat mərasimi olmuşdur.
Sərgi iyulun 5-dək davam edəcəkdir.