İcbari sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb
Bakı, 20 dekabr, AZƏRTAC
“İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə bu günə kimi 349 sayda ambulans alınıb”.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində deyib.
Onun sözlərinə görə, 2022-ci ildə ümumilikdə 65 ədəd olmaqla 20 ədəd reanimobil, 37 ədəd ambulans, 7 ədəd çətin keçilən ərazilər üçün ambulans, 1 ədəd küvəzli ambulans alınaraq müəssisələrdə istifadəyə verilib: “2023-cü ildə isə ümumi sayı 100 ədəd olmaqla 20 ədəd reanimobil, 66 ədəd ambulans, 10 ədəd küvəzli reanimobil, 3 ədəd psixiatrik xəstəxanalar üçün nəzərdə tutulmuş ambulans və 1 ədəd səyyar rentgen cihazlı təcili yardım avtomobili alınıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]