“İÇƏRİŞƏHƏR GÜNÜ” BAYRAM FESTİVALI KEÇİRİLƏCƏKDİR
Mədəni irsin qorunması layihəsinin işçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, sosial-mədəni, məişət məsələləri və xalqımızın adət-ənənələri ilə bağlı keçiriləcək bu kütləvi tədbir üçün artıq texniki tapşırığa əsasən, İçərişəhər sakinlərinin, Bakının mədəniyyət və incəsənət xadimlərinin, sənət adamlarının rəy və təklifləri öyrənilərək ideyalar məcmusuna salınmışdır.
İdeyaların hazırlanması və ən əhəmiyyətlilərinin seçilməsi üçün Soros fondunun və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə maliyyə dəstəyi ilə ötən ilin noyabr-dekabr aylarında iki mərhələdə müsabiqə keçirilmişdir.
Hazırda layihənin işçi qrupu bu tədbirin təşkilatçısının seçilməsi üçün müsabiqə sənədlərini hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]